1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


“Unibank”ın dəstək olduğu Milli Paralimpiya komandası Tokio -2020-də iştirak edəcək
24.10.2019

Bakı, FinanceTime.  “Unibank”ın dəstək verdiyi paralimpiya komandasının üzvləri  gələn ilin yayında Tokioda keçiriləcək Yay Paralimpiya Oyunlarında ölkəmizi təmsil edəcəklər. Azərbaycan Milli Paralimpiya Komitəsinin Güllə atıcılığı üzrə milli paralimpiya komandasının iki idmançısı -Yelena Taranova və Kamran Zeynalov Avstraliyada keçirilən dünya çempionatında  yüksək nəticə göstərərək, Tokio-2020-yə lisenziya qazanıblar. 

Güllə atıcılığı üzrə milli paralimpiya komandasının baş məşqçisi Əkbər Muradov bildirib ki, indi komandanın  qarşısında duran əsas məsələ 2020-ci ildə keçiriləcək Yay Paralimpiya Oyunlarında qələbə qazanmaqdır: “Qarşımızda məsuliyyətli və ağır bir məşq prosesi durur. İnanırıq ki,  idmançılarımızın səyi və daim bizim yanımızda olan Unibank komandasının dəstəyi ilə Tokiodan qələbə ilə qayıdacağıq. İdmançılarımızın bunu bacaracağına inanıram”. 

Tokio-2020-yə lisenziya qazanmış paralimpiyaçı Yelena Taranova da Avstraliya çempionatının nəticələrini çox uğurlu hesab edir: “Səfərimizdə hədəfimizə nail olduq. Lisenziya qazandıq. Artıq Tokio-2020-yə hazırlaşmaq dövrüdür. Güllə atıcılığı idmanı dünyada çox sürətlə inkişaf edir. Rəqiblərimiz çox güclüdür. Ona görə də ciddi hazırlaşmalıyıq”.

Komanda üzvü Kamran Zeynalovun da ən böyük arzusu da Tokioda Azərbaycan bayrağını qaldırmaqdır: “Çox sevincliyəm ki, Tokio-2020 oyunlarına lisenziya əldə etdik. Mən buna görə Unibanka çox təşəkkür edirəm. İki ildir hər addımımızda bizimlədir, komandamızın yanındadırlar. “Unibank”ın dəstəyi olmasaydı biz çempionata belə inamla hazırlaşa, qələbəyə hədəflənə bilməzdik”.

Qeyd edək ki, indiyədək Yay Paralimpiya Oyunlarında ölkəmizə iştirak hüququ qazandıran dörd lisenziyadan ikisi məhz “Unibank”ın dəstək verdiyi komanda tərəfindən qazanılıb. 

Unibank  Tokio-2020-də paralimpiyaçılara böyük qələbələr arzulayır!

Unibank – hər kəsin bankı! 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment