1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


“PREMIUM BANK” fəaliyyətini genişləndirir
24.10.2019

Bakı, FinanceTime.  "Premium Bank" ASC ölkəmizdə nağdsız hesablaşmalarının inkişafına və elektron ödəniş xidmətlərinin genişləndirilməsinə tövhə verən “SOCAR PETROLEUM” QSC ilə birgə əməkdaşlığa başlayıblar. "Premium Bank" ASC-nin Miles kartlarının sahibləri “SOCAR” yanacaqdoldurma məntəqələrində yanacağı alarkən əlavə mil balları qazanmış olacaqlar və toplanan milləri “Azərbaycan Hava Yolları” QSC-nin uçuş istiqamətləri üzrə biletə çevirmək imkanı əldə edəcəklər. 

Müştərilərə bu imkanın verilməsi məqsədi ilə “SOCAR” yanacaqdoldurma məntəqələrində "Premium Bank" ASC-nin POS-terminalları quraşdırılıb. Əlavə millərin qazanılması "Premium Bank"-ın POS terminalları ilə ödəniş edən bankın bütün Miles kart sahibləri üçün etibarlıdır.

Xatırlatmaq istərdik ki, "Premium Bank" Miles kartı bank kartının üstünlüklərini və "Azal Miles" proqramının iştirakçısının imtiyazlarını özündə birləşdirən müştərək ödəmə kartıdır. Gündəlik alış-veriş və xidmətlərin haqqını "Miles" kartı vasitəsilə ödəniş edərək, kartın sahibi öz hesabına ballar toplayır. Ballar dünyanın istənilən valyutasında ödənişlər zamanı (manat ekvivalentində) hesablanır. Ballar həmçinin "Azərbaycan Hava Yolları" aviaşirkətinin reyslərindən istifadə edərkən toplanılır. Toplanılan balları kart sahibi AZAL aviaşirkətinin pulsuz uçuş biletinə, xidmət sinfinin artırılmasına istifadə edə bilər.

Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat əldə etmək üçün www.premiumbank.az saytına, (012) 931 Sorğu Mərkəzinə və ya Bankın rəsmi “Facebook” səhifəsinə www.fb.com/premiumbank.az müraciət edə bilərsiniz.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment