1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


“Nar” fiziki məhdudiyyətli idmançılara dəstək olur
24.10.2019

Bakı, FinanceTime.   “Nar” aztəminatlı ailələrdən olan gənc boksçuların və fiziki məhdudiyyətli idmançıların dünya miqyasında Azərbaycanı təmsil etməsinə dəstək olmaqda davam edir. Mobil operatorun dəstək olduğu “Ümid” İdman Klubunun üzvü Böyük Britaniyanın paytaxtı Londonda keçirilən para üzgüçülük üzrə Dünya Çempionatında qələbə qazanıb. Belə ki, “Ümid” İdman Klubunun üzvü olan Roman Soley üzgüçülüyün sərbəst, arxa üstə üzmə növlərində yarışaraq 3 medal qazanıb. Bununla da, Roman Soley "Tokio 2020" Yay Paralimpiya Oyunlarına birbaşa 4 lisenziya əldə edib. 

Xatırladaq ki, “Nar” “Ümid” İdman Klubunun üzvlərinin Paralimpiya Oyunlarına lisenziya qazanması üçün Avropa və dünya yarışlarına hazırlaşmasına öz töhfəsini verir. Layihə çərçivəsində klub idmançılarına lazım olan təchizatı “Nar” təmin edir. 

Qeyd edək ki, 2008-ci ildə yaradılmış “Ümid” İdman Klubu atletika, üzgüçülük, cüdo və uşaq şahmatı idman növləri üzrə ixtisaslaşıb. Bu müddət ərzində “Ümid” İdman Klubunda ölkə, Avropa və dünya çempionları və Olimpiya Oyunlarının finalçıları yetişib. 

“Nar” peşəkar idmanla məşğul olan gənclərin və yeniyetmələrin, eyni zamanda fiziki məhdudiyyətli idmançıların dünya miqayasında Azərbaycanı təmsil etməsinə hər zaman dəstək olur. 

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Nar” şəbəkəsi hazırda ölkə əhalisinin 97,5 %-ni  əhatə edir və 8500-dən artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir. 

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment