1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Xalq Bank III rübü uğurla başa vurdu
24.10.2019

Bakı, FinanceTime.  2019-cu ilin üçüncü rübü ərzində maliyyə-təsərrüfat fəaliyyətinin nəticələrinə əsasən ASC “Xalq” Bankı əsas maliyyə göstəriciləri üzrə stabil artım tempini qorumuşdur. Belə ki, cari ilin sentyabr ayının sonuna aktivlərin həcmi ötən ilin sonu ilə müqayisədə 169.19 mln manat (8,43%) artaraq 2 177.37 mln manata çatmışdır. Bankın müştərilərə verilən kreditlərinin həcmi 192.17 mln manat (13,9%) artaraq 1 547.77 mln manat təşkil etmişdir. Müştərilərdən cəlb olunan depozitlərin həcmi 160.39 mln manat (12,73%) artaraq 1 419.80 mln manata çatıb. 

Qeyd etmək lazımdır ki, bankın maliyyə-təsərrüfat fəaliyyətində müşahidə olunan müsbət trend, əsasən gəlir gətirən aktivlərin diversifikasiyası, yeni müştərilərin cəlb olunması, əməliyyat gəlirlərinin artırılması və xərclərin optimallaşdırılması nəticəsində yaranmışdır. Qeyd olunan dövr ərzində Bankın faiz gəlirləri ötən ilin anoloji dövrünə nisbətən 365.9 min manat (0,45%) artaraq 82.51 mln manat, faiz  xərcləri isə 3.3 mln manat (18,84%) azalaraq 14.21 mln manat təşkil etmişdir. Qeyri-faiz gəlirləri isə 9.99 mln manat (251,52%) artaraq 13.96 mln manat, qeyri-faiz xərcləri isə 6.76 mln manat (22%) artaraq 37.26 mln manat təşkil etmişdir. 2019-cu ilin doqquz ayı ərzində Xalq Bank öz mənfəətliliyini qoruyub saxlamış və ötən ilin anoloji dövrü ilə müqaisədə 6.56 mln manat (36.52%) artım nümayiş etdirərək ilin ilk üç rübünü 24.52 mln manat xalis mənfəətlə bitirmişdir. Bankın cəmi kapitalı сari ilin 9 ayı ərzində 125.91 mln manat (44.57%) artaraq 408.39 mln manata çatmış, nizamnamə kapitalı isə 364.77 mln manat təşkil etmişdir.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment