1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


“Nar” “Canlı kitab” sosial layihəsinə başlayıb
23.10.2019

Bakı, FinanceTime. Sosial əhəmiyyət daşıyan layihələrdə fiziki məhdudiyyətli şəxslərə hər zaman dəstək göstərən “Nar”, "Radio Antenn" 101 FM-lə birgə “Canlı kitab” layihəsinə start verib. Layihə çərçivəsində dünya və Azərbaycan ədəbiyyatının seçmə nümunələri tanınmış aktyorlar, qiraət ustaları tərəfindən səsləndirilib xüsusi elektron daşıyıcılara  yazılacaq. Eyni zamanda, bu əsərlər “Radio Antenn” 101 FM-in canlı efirində səsləndirilir. Layihənin əsas məqsədi Azərbaycan və dünya ədəbiyyatının ən məşhur simalarının həyatı, əsərləri haqqında maraqlı məlumatlar, həmçinin  əsərlərindən seçmələr verməklə bədii ədəbiyyatı hər kəs üçün əlçatan etməkdir.

Bu layihənin dəstəklənməsinin əsas səbəblərindən biri də görmə məhdudiyyətli insanların mütaliəsi üçün Azərbaycan dilində audio kontentin məhdud olmasıdır. Layihə başa çatdıqdan sonra bütün səsyazılarının flaşkardlar vasitəsilə kitab oxumaqda çətinlik çəkən şəxslərə paylanması nəzərdə tutulur. Bununla da, görmə məhdudiyyətli insanlar üçün audio kitabxananın əsası qoyulmuş olacaq. 

Qeyd edək ki, proqramı həftəiçi beş gün saat 10:00-dan 12:00-dək "Radio Antenn" 101 FM-in yayımında dinləyə bilərsiniz. 

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97,6%-ni əhatə edir və 8500-dən artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir. 2017-ci ildə keçirilmiş mobil rabitə şəbəkələrinin müqayisəli testlərinə əsasən “Nar” şəbəkəsi mobil zəng xidmətlərinin göstərilməsi üzrə ölkədə ən yüksək nəticəyə nail olub.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment