1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


“Nar” 4G istifadəçilərinin sayı il ərzində 85% artıb
22.10.2019

Bakı, FinanceTime.  Bütün ölkə ərazisini sürətli və keyfiyyətli şəbəkə ilə əhatə edən “Nar”ın 4G istifadəçilərinin sayı sürətlə artmaqdadır. Belə ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə mobil operatorun aktiv 4G istifadəçilərinin sayı 85% artaraq 875 min nəfəri ötüb. Quraşdırılan baza stansiyalarının təqdim etdiyi yüksəkkeyfiyyətli mobil internet xidməti nəticəsində, internet trafikinin həcmi 67% artıb. 4G smartfon penetrasiyasının artımı, LTE və LTE-A texnologiyalı baza stansiyalarının genişlənməsi, müştərilərin internetə olan ehtiyaclarını qarşılamaq məqsədilə təqdim edilən məhsullar “Nar”ın 4G istifadaçilərinin sayının artmasına səbəb olub. 

“Nar”ın LTE texnologiyalı baza stansiyalarını paytaxtla yanaşı, bölgələrdə, hətta ən ucqar kəndlərdə belə genişləndirməsi sayəsində 4G internetindən istifadə edənlərin sayı Bakı üzrə 78%, regionlar üzrə isə 101% artıb. Bununla da 4G istifadəçilərinin 67%-i Bakının, 33%-i isə regionların payına düşür.  Mobil operator LTE texnologiyalı baza stansiyalarını Azərbaycanın 53 regionunda quraşdırmağa nail olub. Qeyd edək ki, “Nar”ın 4G şəbəkəsi hazırda ölkə əhalisinin 91,5 %-ni  əhatə edir.

Mobil operatorun şəbəkəsi haqqında daha ətraflı məlumatı nar.az səhifəsindən əldə etmək olar. 

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib.  2017-ci ildə keçirilmiş mobil rabitə şəbəkələrinin müqayisəli testlərinə əsasən “Nar” şəbəkəsi mobil zəng xidmətlərinin göstərilməsi üzrə ölkədə ən yüksək nəticəyə nail olub. Sınaqları test xidmətləri üzrə müstəqil beynəlxalq şirkət olan “P3 Communications” keçirib və sınaq metodologiyası əhatəli xidmətlər üzrə müştəri təcrübəsinə əsaslanıb. 

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment