1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


“Gilan Holding” inşaat məhsullarını “BakuBuild” sərgisində təqdim edəcək
21.10.2019

Bakı, FinanceTime.  “Gilan Holding” ənənəvi olaraq keçirilən Azərbaycan Beynəlxalq İnşaat “BakuBuild”  sərgisində təmsil olunacaq. 22-25 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində tikinti, inşaat və memarlıq sahələrini əhatə edən bu işgüzar platformada  “Gilan Holding”ə daxil olan “Gilan and Knauf”, “Gilan Seramik”, “Gilan Beton” və “Gilan Qəbələ Beton” şirkətləri təmsil olunacaqlar. Yeni texnologiyalara cavab verən və sözügedən şirkətlərin sənaye gücünü nümayiş etdirən geniş çeşiddə inşaat məhsulları bu mötəbər sərgidə nümayiş etdiriləcək.  

Zəngin tərtibatı və yüksək interaktivliyi ilə fərqlənən “Gilan Holding” stendində müxtəlif növ gipskarton lövhələr, metal profillər, gips əsaslı quru qarışıqlar, keramik plitələr, aksessuarlar və müxtəlif markalı beton nümunələri sərgi qonaqlarına göstəriləcək. Ötən illərdə olduğu kimi,  “BakuBuild” sərgisinin ziyarətçiləri, o cümlədən yerli və xarici şirkətlərin nümayəndələri “Gilan Holding”-in inşaat məhsullarının beynəlxalq keyfiyyət normalarına uyğun istehsalat qaydaları ilə yaxından tanış olmaq və əməkdaşlıq əlaqələri yaratmaq imkanı əldə edəcəklər.    

Tikinti sektorunda nüfuzlu yerli və xarici sertifikatlara sahib olan “Gilan Holding” ölkənin inşaat sahəsində xüsusi mövqe tutaraq, iqtisadiyyatın bu sektorunun inkişafına öz töhfəsini verməkdə davam edir.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment