1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Fond birjası


Bakı Fond Birjasında marketmeyker fəaliyyəti üzrə tələblərə dəyişiklik edilmişdir
21.10.2019

Bakı, FinanceTime.  Bakı Fond Birjasında (BFB) ticarətdə tələb-təklifin stimullaşdırılması, rəqabətli qiymətlərin formalaşdırılması və likvidliyin artırılması məqsədi ilə istiqraz bazarında marketmeyker fəaliyyəti üzrə stimullaşdırıcı tələblər müəyyən olunmuşdur.

BFB-nın İdarə Heyətinin 18 oktyabr 2019-cu il tarixli qərarı ilə marketmeyker fəaliyyətinin predmeti olan qiymətli kağızların siyahısına, habelə marketmeyker fəaliyyəti üzrə alış kotirovkasının minimal həcminə dəyişliklik edilmişdir. Dəyişikliklər aşağıdakı kimidir:

1. Azərbaycan Respublikasının üzv olduğu Beynəlxalq Maliyyə təşkilatları tərəfindən buraxılan qiymətli kağızlar marketmeyker fəaliyyətinin predmeti kimi təsdiq olunan 1-ci qrup qiymətli kağızların siyahısına daxil edilmişdir.

2. Marketmeyker fəaliyyəti üzrə alış kotirovkasının minimal həcmi dəyişdirilərək aşağıdakı kimi müəyyən edilmişdir:

1-ci qrup qiymətli kağızlar (Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin dövlət istiqrazları, Azərbaycan Respublikasının Mərkəzi Bankın notları, Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun istiqrazları və Azərbaycan Respublikasının üzv olduğu beynəlxalq maliyyə təşkilatlarının buraxdığı qiymətli kağızlar) üzrə 300,000 (üç yüz min) manat;

2-ci qrup qiymətli kağızlar (digər emitentlər tərəfindən emissiya edilmiş korporativ istiqrazlar və səhmlər) üzrə 50,000 (əlli min) manat.

İndiyədək marketmeyker fəaliyyəti üzrə alış kotirovkasının minimal həcmi 1-ci qrup qiymətli kağızlar üzrə 1,5 milyon manat, 2-ci qrup qiymətli kağızlar üzrə isə 200,000 manat təşkil edirdi. Bu tələblərə yalnız iki investisiya şirkəti cavab verərək korporativ qiymətli kağızlar bazarında marketmeyker qismində çıxış edirdi. “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə müəyyən edilmiş hədəflərə uyğun olaraq, qeyd olunan tələbin 1-ci qrup qiymətli kağızlar üzrə 5 (beş) dəfə, 2-ci qrup qiymətli kağızlar üzrə isə 4 (dörd) dəfə azaldılması fonunda dövlət qiymətli kağızları bazarında marketmeyker institutunun formalaşdırılması, korporativ qiymətli kağızlar bazarında isə marketmeyker fəaliyyətinin stimullaşdırılması ilə bazarın likvidliyinin artırılması nəzərdə tutulur.

BFB-nın ticarət qaydalarına əsasən, marketmeyker gündəlik olaraq BFB-də üzərinə götürdüyü öhdəlikləri həcmində alış və satış sifarişi (kotirovkası) təqdim etməlidir. BFB-nın ticarət qaydaları və BFB-nın İdarə Heyətinin müvafiq qərarı BFB-nın internet səhifəsində (www.bfb.az) qayda və təlimatlar bölməsində yerləşdirilmişdir.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment