1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Hospitalda orqan transplantasiyası əməliyyatı üçün gəlmiş donorda aşkar edilmiş ciddi problem də aradan qaldırılıb
21.10.2019

Mərkəzi Gömrük Hospitalının ümumi cərrah, cərrah-transplantoloqu, tibb üzrə fəlsəfə doktoru Dr. Mircəlal Kazımi növbəti dəfə böyrək transplantasiyası əməliyyatını uğurla həyata keçirib. Bu günlərdə  Dr. Mircəlal Kazımiyə Xaçmazda uzun müddət hemodializ proqramında olan 46 yaşlı pasiyent  müraciət edib.  Pasiyentdə  həm böyrək çatışmazlığı ilə, həm də uzun müddət hemodializ ilə bağlı ciddi problemlər yaranmışdır. Təbii ki, xroniki böyrək çatışmazlığından əziyyət çəkən xəstələrin yeganə müalicə üsulu böyrək transplantasiyası əməliyyatıdır. 

Dr. Mircəlal Kazımi bildirir ki, bu pasiyent öz qardaşının donorluğu ilə əməliyyata hazırlaşmışdı. Donor başqa tibb  mərkəzində müayinə olundu və aşkar oldu ki, donorun böyrək arteriyasında ciddi darlıq var. Ona görə də, həmin mərkəzdə xəstəni əməliyyat etməkdən imtina etmişdilər, yəni onu donor kimi qəbul etməmişdilər. Lakin biz xəstəni müayinə etdik, kompyüter tomoqrafiyasına təkrar baxdıq və xəstənin donor kimi uyğun olduğuna qərar verdik.

 Bizim xəstəxanamızın və komandamızın peşəkarlığı sayəsində xəstə əməliyyat olundu. Düzdür, bu əməliyyatın gedişatı çox mürəkkəb oldu, belə ki, donorun damarındakı darlığı biz xüsusi plastika edərək xəstəyə uğurla transplantasiya etdik. Hazırda xəstənin də, donorun da vəziyyəti normaldır, onlar özlərini qənaətbəxş hiss edirlər və onlar evə yazılıblar. 

Qeyd edək ki, orqan transplantasiyası əməliyyatları mürəkkəb əməliyyatlar qrupundadır. Ona görə də,bu əməliyyatları etmək üçün həm əməliyyatı icra edən komandanın peşəkar olması, həm də xəstəxananın – tibb müəssisəsinin yüksək səviyyədə olması, yəni istənilən tibbi xidməti göstərə bilməsi vacibdir.

 Mərkəzi Gömrük Hospitalında böyrək donorlarının əməliyyatları laparoskopik, yəni bağlı üsulla aparılır, bu da donorlar üçün böyük üstünlükdür, kiçik bir kəsiklə donor böyrəyi alınır, o, 2-3 günə evinə, 5-7 gündən sonra isə normal əmək fəaliyyətinə qayıda bilir. 

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment