1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


"AccessBank"ın sədri Alman-Azərbaycan Xarici Ticarət Palatasının rəhbərliyində!
18.10.2019

Bakı, FinanceTime. "AccessBank"ın İdarə Heyətinin sədri Anar Həsənov Alman-Azərbaycan Xarici Ticarət Palatasının ("AHK Azərbaycan") rəhbərliyinə seçilib.

"AHK Azərbaycan"ın İdarə Heyətinin (İH) 14 oktyabr 2019-cu il tarixli qərarına əsasən cənab Həsənov İH üzvü vəsifəsinə təyinat alıb. O, bu vəzifədə "Bakcell" MMC-nin keçmiş baş icraçı direktoru Nikolai Beckers-i əvəz edib.

Anar Həsənov "AHK Azərbaycan" rəhbərliyinə və bütün üzvlərinə göstərilən etimada görə təşəkkür edib: "Sirr deyil ki, "AHK Azərbaycan" ölkə iqtisadiyyatının inkişafına töhfə verən şirkətlərdən ibarət unikal bir platformadır. Palata dövlət - özəl sektor dialoqunun daha da inkişaf etdirilməsi istiqamətində mühüm işlər görür. Sözsüz ki, mənə göstərilən etimadı doğrultmaq üçün əlimdən gələni edəcəyəm. Azərbaycanda sahibkarlar üçün yaradılan əlverişli biznes mühitini Avropadan, o cümlədən Almaniyadan olan potensial investorlara çatdırmaq üçün çalışacam. Nəzərə alsaq ki, "AHK Azərbaycan" rəhbərliyi və üzvləri kifayət şəffaf və dialoqa açıq tərəfdaşlardan ibarətdir, biz qarşıya qoyulan hədəflərə asanlıqla çata biləcəyik".

Qeyd edək ki, Anar Həsənov mikro, kiçik və orta sahibkarlığın, korporativ və pərakəndə biznesin inkişafı üzrə 17 illik iş təcrübəsinə malikdir. Təcrübəli bankir 2018-ci ilin iyun ayından "AccessBank"ın İdarə Heyətinin sədri və baş meneceri vəzifəsində çalışır. Onu da qeyd edək ki, cənab Həsənov təsis olunduğu gündən etibarən "AccessBank"ın inkişafına öz töhfəsini verib.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment