1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Azərbaycan Beynəlxalq Bankından Bakı Caz Festivalına dəstək
18.10.2019

Bakı, FinanceTime. Bu gün Bakıda ənənəvi Beynəlxalq Caz Festivalı - “Baku Jazz-2019” başlanır. Müxtəlif sahələrdə korporativ sosial məsuliyyət layihələrini uğurla həyata keçirən Azərbaycan Beynəlxalq Bankı “Baku Jazz-2019”-un da sponsorlarındandır. Festivalın açılış mərasimi bu gün saat 17.00-da Qız qalasının ətrafında keçiləcək. 

Oktyabrın 27-dək davam edəcək bu mədəniyyət tədbirinin proqramı xeyli zəngindir. Festivalın konsert proqramları Rotunda Caz Klubunda, Beynəlxalq Muğam Mərkəzində, Akademik Musiqili Teatrında təşkil olunacaq. Festival çərçivəsində cazla bağlı maraqlı filmlərin nümayişi, seminarlar, sərgilər olacaq. Festivala oktyabrın 27-də Rotunda Caz Klubunda yekun vurulacaq.

Bakı Beynəlxalq Caz Festivalı 2005-ci ildən keçirilir. Festivalda həm xarici, həm də yerli caz ulduzları iştirak edir. Bakı Beynəlxalq Caz Festivalı 2017-ci ildən “European Jazz Network” təşkilatının üzvüdür.

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment