1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


“Uşaq Qaynar Xətt” xidməti artıq qısa nömrədə
17.10.2019

Psixi Sağlamlıq gününə həsr olunan konfransda Azercell-in təşəbbüsü ilə “Uşaq Qaynar Xətt” xidmətinin istifadəsinə verilən 116-111 qısa nömrəsinin təqdimatı keçirilib

Bakı, FinanceTime.  “Azercell Telekom” MMC, Azərbaycan Tibb Universiteti, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi, Ümumdünya Səhiyyə Təşkilatı, “Ümidli Gələcək Sosial Təşəbbüslər” İctimai Birliyinin birgə əməkdaşlığı və müvafiq dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə 15 oktyabr tarixində “Four Seasons” otelində “Psixi Sağlamlıq: intiharların profilaktikasında tibbi və icma əsaslı yanaşmalar” adlı elmi-praktik konfrans keçirilib. Konfransda çıxış edən məruzəçilər “Azərbaycanda psixi sağlamlıq xidmətləri”, “Uşaq Qaynar Xəttləri və uşaqlar arasında intihar hallarının önlənməsi” , “Uşaq təhsil müəssisələrində psixi sağlamlığın təşviqi və mühafizəsinə yanaşmalar”, “Psixi sağlamlığın mühafizəsində innovativ yanaşmalar”  və digər gündəmdə olan məsələlərə toxunublar. Tədbirdə Azercell-in təşəbbüsü ilə “Uşaq Qaynar Xətt” xidmətinin yeni istifadəyə verilən 116-111 qısa nömrəsinin təqdimatı da baş tutub. Vurğulayaq ki, Azercell müasir dövrdə yeniyetmə və azyaşlıların fiziki və psixi sağlamlığını həssas məsələ hesab edir. Çətin durumda olan, yardıma ehtiyac duyan insanların köməyinə çatan “Uşaq Qaynar Xətt” xidməti şirkətin dəstəklədiyi önəmli layihələr sırasındadır. Öz fəaliyyətində bir sıra sosial layihələri həyata keçirən Azercell, onların texnoloji cəhətdən təkmilləşməsinə də xüsusi diqqət ayırır. Şirkətin təşəbbüsü ilə 2017-ci ildə “Uşaq Qaynar Xətt” xidmətinin Android və iOS əməliyyat sistemlərini dəstəkləyən mobil tətbiqi istifadəyə verilib. Bununla da, “Uşaq Qaynar Xətt” xidmətinin dünyanın istənilən nöqtəsində əlçatan olması təmin edilib.  Qısa nömrə sayəsində isə dəstəyə ehtiyacı olan gənclər daha rahat qaynar xəttin əməkdaşları ilə əlaqə quraraq, onları narahat edən məsələ ilə bağlı bölüşə və məsləhət ala biləcəklər. 

Məlumat üçün bildirək ki, fəaliyyət göstərdiyi 9 il ərzində “Uşaq Qaynar Xətt” xidmətinə 38 000-dən çox müraciət daxil olub. Azercell-in dəstəyi, “Ümidli Gələcək Sosial Təşəbbüslər” İctimai Birliyinin təşkilatçılığı ilə 24/7 rejimdə fəaliyyət göstərən “Uşaq Qaynar Xətt” xidmətinə həm şəhərdaxili, həm də Azercell nömrələrindən edilən zənglər ödənişsizdir. (012) 480 22 80, (050) 680 22 80, (051) 880 11 80, (051) 880 22 80, (051) 580 22 80 və 116-111 nömrələri ilə günün istənilən saatında xidmətə müraciət etmək mümkündür.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment