1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Cənubi Koreyanın məşhur səyahət və əyləncə proqramı Bakıdan veriliş hazırlayıb
15.10.2019

Bakı, FinanceTime. Cənubi Koreyanın nüfuzlü “KBS” (Korean Broadcasting System) televiziya kanalında yayımlanan və çox populyar olan “Battle Trip” səyahət verilişinin heyəti Bakıda çəkiliş edib.

Məşhur gülüş ustaları və veriliş aparıcıları Kim Sook və Song Euininin rəhbərlik etdiyi heyət çəkilişlərə Heydər Əliyev adına Beynəlxalq Hava Limanından başlayıb.

Onlar Qobustan və oradakı palçıq vulkanları, Nizami küçəsi, İçərişəhər, Heydər Əliyev Mərkəzi kimi turistlərin daha çox maraq göstərdiyi məkanlardan reportajlar hazırlayıblar.

Qonaqlar Azərabaycan mətbəxi ilə də yaxından tanış olublar və verilişin əsas hissəsi Bakıda yerləşən yerli və xarici restoranlarda çəkilib. Onlar milli mətbəx nümunələri ilə tanış olublar. 

Veriliş aparıcıları, həmçinin Bakıda ictimai nəqliyyatdan, o cümlədən metrodan və taksidən istifadə edərək burada nəqliyyatın çox gözəl təşkil olunduğunu qeyd ediblər.

Qeyd edək ki, 2016-cı ildən etibarən hər həftənin şənbə günləri efirə gedən “Battle Trip” əyləncəli səyahət şousu Cənubi Koreya vətəndaşlarının səyahət planlarına və seçimlərinə birbaşa təsir göstərir.

Cənubi Koreya Azərbaycanın turizm təbliğatı üçün yeni və prioritet bazarlardan biridir və burada ölkənin turizm təbliğatı Azərbaycan Turizm Bürosu tərəfindən intensiv olaraq aparılır.


Məlumat üçün bildirək ki, 2019-cu ilin yanvar-sentyabr dövründə Azərbaycana səfər edən cənubi koreyalı turistlərin sayı 8 min nəfər təşkil edib ki, bu da ötən ilin eyni dövrünə nisbətdə 22.5% artım deməkdir. 

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment