1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Azercell bölgə ali təhsil müəssisələrinin tələbələri ilə görüşüb
15.10.2019

Bakı, FinanceTime. Ölkədə rəqabət qabiliyyətli kadrların hazırlanmasına daim dəstək olan “Azercell Telekom” MMC, öz fəaliyyətini bu istiqamətdə uğurla davam etdirir. Bu dəfə sentyabr ayının 16-dan start verilən Tələbə Təqaüdü Proqramında hər bir tələbəyə iştirak üçün fürsət yaratmaq məqsədilə, Azercell ölkəmizin bölgələrində yerləşən bütün ali təhsil müəssisələrini ziyarət edib. Azercell-in İnsan Kapitalının İdarə edilməsi departamentinin mütəxəssisləri Gəncə, Naxçıvan, Mingəçevir və Lənkəran şəhərlərində ali təhsil alan tələbələrlə görüşərək, onlara əmək bazarında mövcud tendensiyalar və istiqamətlər, şirkətdə karyera qurmaq imkanları və Tələbə Təqaüdü Proqramı haqqında geniş məlumat veriblər. Görüş zamanı tələbələrin proqramda iştirak şərtləri, seçim mərhələləri və qeydiyyat qaydası barədə çoxsaylı sualları da cavablandırılıb. 

Qeyd edək ki, 2020-ci il üçün elan edilmiş Tələbə Təqaüdü Proqramı çərçivəsində son iki kurs tələbələri akademik bilikləri, dünyagörüşü, elmə və təhsilə həvəsi və digər meyarlar əsasında qiymətləndiriləcəklər. Qaliblər isə təhsil ilinin sonunadək Azercell-dən 200 AZN məbləğində aylıq təqaüd almaqla yanaşı, həm də telekommunikasiya sahəsində mövcud biliklərini artırmaq, rəqəmsal dünyanın ən son trendləri ilə yaxından tanış olmaq, şirkətin korporativ tədbirlərinə dəvət almaq, müxtəlif təlimlərdə iştirak etmək və təcrübə keçmək üçün əvəzolunmaz şans qazanacaqlar.

Xatırladaq ki, Azercell Tələbə Təqaüdü 2020-də iştirak üçün müraciətlərin qəbulu artıq açıqdır və son qəbul tarixi oktyabr ayının 16-dır. Təqaüd proqramı üzrə müraciət etmək üçün müvafiq elektron müraciət ərizəsi doldurulduqdan sonra, tələbə bileti və qiymət kitabçasının (transkript) skan versiyaları ilə birlikdə telebe@azercell.com e-mail ünvanına göndərilməlidir. 

Yeni dərs ilində Azercell təqaüdçüsü adını qazanmaq fürsətini qaçırma!

Əlavə məlumat üçün https://www.azercell.com/az/company/career/development_oportunities/bursary2020/ səhifəsinə daxil olun.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment