1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


AmCham “Biznes mühitinin yaxşılaşdırılmasında rəqəmsal yanaşma” mövzusunda tədbir keçirdi
14.10.2019

Bakı, FinanceTime.  Azərbaycanda Amerika Ticarət Palatası (AmCham) öz üzvləri üçün Azərbaycan Respublikasının Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının Katibliyinin rəhbəri cənab Vüsal Şıxəliyevin iştirakı ilə “Biznes mühitinin yaxşılaşdırılmasında rəqəmsal yanaşma” mövzusunda tədbir təşkil edib. Diplomatik korpusun nümayəndələri də daxil olmaqla, tədbirdə AmCham-ın təxminən 100 üzvü və tərəfdaşı iştirak edib.

 İlk öncə AmCham-ın İcraçı direktoru xanım Natəvan Məmmədova tədbirin açılış nitqini söyləyərək qonaqları salamlayıb və keçirilən tədbirin əhəmiyyəti barədə danışıb. Daha sonra söz alan AmCham-ın prezidenti cənab Nuran Kərimov qeyd edib ki, tədbirin keçirilməsində əsas məqsəd xarici investorları təmsil edən AmCham vasitəsilə xarici investisiyalı şirkətlərin Azərbaycanda biznes mühitinin daha da yaxşılaşdırılması prosesinə yaxından cəlb etmək və onların fəaliyyəti üçün yaradılan əlverişli imkanlar barədə məlumatları çatdırmaqdır. Ardınca N.Kərimov tədbirin xüsusi qonağı cənab Vüsal Şıxəliyevi iştirakçılara təqdim edərək onu tribunaya dəvət etmişdir. 

Cənab Şıxəliyev ilk olaraq, biznes sektoru nümayəndələri ilə birbaşa görüş imkanına görə öz minnətdarlığını ifadə edərək, dəvət üçün AmCham-ın rəhbərliyinə və üzvlərinə öz təşəkkürünü bildirib. O, daha sonra biznes mühitinin yaxşılaşdırılmasında rəqəmsal yanaşmanın tətbiqi sahəsində görülən işlər və qarşıya qoyulan hədəflər barədə ətraflı çıxış edib. O vurğulayıb ki, biznes mühiti sahəsində yaranan praktiki məsələlərin vahid Platforma (Dövlət-Biznes Dialoqu) çərçivəsində həm dövlət qurumları, həm özəl sektor nümayəndələri, həm də biznes assosiasiyalarının iştirakı ilə müzakirə olunması və  bu sahədə həll yollarının birgə işlənilməsi hazırkı mərhələdə çox mühüm əhəmiyyət kəsb edir. Vüsal Şıxəliyev bildirib ki, qeyd olunan Platforma üzrə hazırlanan təkmilləşmə layihələri və təkliflər  gələcəkdə uğurla tətbiq olunmaqla yanaşı, bütün tərəflərin maraqlarının nəzərə alınmasına imkan verir.  

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment