|
|
|
Valyuta birjası | | | BEST sistemində ticarətin yekunları (21.11.2012) |
22.11.2012 | |
| |
Baki, Finance Time. Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində noyabrın 21-də keçirilmiş hərracların yekunlarına görə, USD/AZN orta birja məzənnəsi 1 ABŞ dolları üçün 0,7841 AZN-ə bərabər olmuşdur.
Birjanın elektron hərraclar sistemində (Bourse E-system of trades-BEHS) səhər sessiyasının açılışında USD/AZN məzənnəsi 1 ABŞ dolları üçün 0,7841 AZN olmuşdur.
USD/AZN T+0 aləti üzrə 408.096 AZN-ə bərabər əqdlər qeydə alınmışdır. Səhər sessiyasının orta hesablanmış məzənnəsi dəyişməmişdir. Bərabər məbləğ qeydə alınmışdır. 1 dollar üçün 0,7839 AZN təşkil etmişdir.
BEHS-in gündüz sessiyasında USD/AZN T+0 aləti üzrə əqdlər qeydə alınmamışdır. Gündüz sessiyasının orta hesablanmış məzənnəsi 1 dollar üçün 0,7839 AZN təşkil etmişdir.
Beləliklə, hər iki sessiyanın yekunlarına görə hərracların ümumi məbləği 520.000 dollar və ya 400.096 manat təşkil etmişdir.
Qeyd etmək lazımdır ki, USD/AZN T+1, T+2, SWAP_USD/AZN alətləri üzrə əqd bağlanmamışdır.
Banklar EUR/AZN və RUB/AZN alətləri üzrə BEHS-ə sifariş verməmişlər.
EUR/USD-TOD və EUR/USD-TOM alətləri üzrə sifarişlər verilmiş, lakin bu alətlər üzrə əqd bağlanmamışdır.
BEHS sistemi çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında market-meykerlər tərəfindən verilən sifarişlər əsasında hesablanan BakiBOR indeksi 90 günlük alətlər üzrə manatla illik 11,67 faiz, ABŞ dolları üzrə isə 12,29 faiz təşkil etmişdir.
Noyabrın 21-də birjada banklar arasında kredit alətləri üzrə əqdlər bağlanmamışdır.
|
|
|
|