1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Azərbaycan Beynəlxalq Bankı yeni kart məhsulu olan Tamkartı təqdim etdi!
11.10.2019

Bakı, FinanceTime.  Azərbaycan Beynəlxalq Bankı müştərilərin arzularını tamamlayan çoxfunksiyalı Tamkart məhsulunu təqdim edib. Oktyabrın 10-da “Fairmont Baku” otelində bank menecmentinin, tərəfdaşların, müştərilərin, media nümayəndələrinin iştirakı ilə Tamkartın təqdimat mərasimi baş tutub. Təqdimat mərasimində məhsulun üstün xüsusiyyətləri barədə məlumat verilib. 

Tamkartın əsas özəlliyi onun özündə eyni anda iki kartı -  debet və kredit kartlarını birləşdirən dual kart olmasıdır. Tamkart sahibləri Azərbaycan Beynəlxalq Bankı ilə layihə çərçivəsində əməkdaşlıq edən bütün məkanlarda istədiyi məhsulun qiymətini bərabər hissələrə bölərək, 18 ayadək müddətə taksitlə ödəyə bilər. Digər istənilən növ əməliyyatlar zamanı isə müştərilərə tam 1 ay faizsiz güzəşt müddəti imkanı yaradılıb. Hər iki kart üzrə SMS xəbərdarlıq xidməti pulsuzdur.

Tamkart məhsulunun üstünlükləri bununla da bitmir. Belə ki, sözügedən kart öz sahiblərinə istənilən alış – veriş məkanında, o cümlədən onlayn ticarətdə nağdsız ödənişlər zamanı minimum 2% həcmində kəşbək qazandırır. Bəzi tərəfdaş məkanlarda isə kəşbək faizi 20% - dək çata bilər. Üstəlik, bu özəllik Tamkartı təşkil edən hər iki karta – həm debet, həm də kredit kartına aiddir. Daha bir vacib məqam isə odur ki, Tamkart debet vasitəsilə Azərbaycan Beynəlxalq Bankına məxsus bankomatlardan nağd vəsaitin çıxarılmasına görə heç bir komisyon haqqı tətbiq edilmir.

Tamkart haqqında daha ətraflı məlumatları məhsulun rəsmi internet səhifəsi olan www.tamkart.az saytından, yaxud https://www.facebook.com/tamkart.az/ facebook səhifəsindən əldə etmək olar. Tamkart əldə etmək istəyən müştərilər 15 oktyabr tarixindən etibarən Azərbaycan Beynəlxalq Bankının bütün filial və şöbələrinə müraciət edə bilərlər. 

Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri Abbas İbrahimov bildirib: “İnnovativlik, müasir bankçılıq həllərinin tətbiqi, ölkəmizdə nağdsız ödəniş infrastrukturunun inkişafına dəstək bu gün bizim əsas strateji hədəflərimizdəndir. Son dövrlər bu sahədə bir sıra nailiyyətlərimiz olub. Tamkart məhsulunu müştərilərimizin istifadəsinə verməyimiz də bu nailiyyətlərin davamıdır. Ümid edirik ki, bu müştəriyönümlü məhsulumuzun üstünlüklərindən hər kəs faydalana biləcək”.

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment