1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Kapital Bank Beynəlxalq Təhsil Sərgisinin rəsmi tərəfdaşıdır
11.10.2019

Bakı, FinanceTime. Kapital Bank 10–12 oktyabr 2019-cu il tarixlərində Təhsil Nazirliyinin dəstəyi ilə Bakı Ekspo Mərkəzində keçirilən 13-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisinin (“EduExpo”)  rəsmi tərəfdaşıdır. Bu ilki sərginin fərqləndirici xüsusiyyəti texnoloji istiqamətli olmasıdır.

Tədbir zamanı Kapital Bank, Təhsil Nazirliyinin “Azərbaycan üçün öyrət” proqramı çərçivəsində keçirilən “Təhsil Avtobusu – 2019 Nəsimi ili” layihəsinə göstərdiyi dəstəyə görə mükafatlandırılıb. Mükafat, təhsil nazirinin müavini Məhəbbət Vəliyeva tərəfindən, Kapital Bank-ın Marketinq departamentinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinova təqdim edildi. 

Sərgi dünyanın 22 ölkəsindən 150 iştirakçını bir araya gətirib. Beynəlxalq Təhsil Sərgisində hər il olduğu kimi aparıcı ali təhsil müəssisələri, o cümlədən, orta ixtisas təhsil müəssisələri və ixtisasartırma mərkəzləri iştirak edirdi. Təhsil sərgisi hər kəsə həm ixtisası, həm də təhsil müəssisəsini seçmək üçün geniş imkan yaradan unikal platformadır. Sərginin gündəliyinə işgüzar görüşlər, panel müzakirələr, media təqdimatlar, intellektual oyunlar və ayrı-ayrı mövzulara dair mühazirələr daxil edilib.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 100 filialı və 13 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment