1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


“Könüllülər Yurdu – Azərbaycan” layihəsinə start verilib
11.10.2019

Bakı, FinanceTime.  “ASAN xidmət”, “ASAN Könüllüləri” Təşkilatı və Azərbaycan Gənclər Fondunun birgə tərəfdaşlığı ilə “Könüllülər Yurdu – Azərbaycan” layihəsinə start verilib.

Layihə çərçivəsində ilk tədbir 10 oktyabr tarixində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində gerçəkləşib. 

“Könüllülər Yurdu – Azərbaycan” layihəsinin məqsədi region gəncləri arasında könüllülüyün təbliği, onların asudə vaxtlarını daha düzgün qiymətləndirmələri istiqamətində təbliğat, gənclərin fərdi və intellektual inkişafına təkan verilməsi, mövcud imkanlar barədə məlumatlandırılma, o cümlədən könüllülük hərəkatının ölkəmizdə daha geniş vüsət almasını stimullaşdırmaqdır.

Cari ilin oktyabr ayından növbəti ilin yanvar ayınadək həyata keçiriləcək layihə çərçivəsində Bərdə, Sumqayıt, Masallı, Bakı, Quba, Şamaxı, Qəbələ, İmişli, Mingəçevir, Şəki, Qax, Biləsuvar, Şəmkir, Qazaxda müxtəlif tədbirlərin təşkili nəzərdə tutulur.

Hər bir regionda 2 gün ərzində təşkil olunacaq tədbirlərdə maarifləndirici təlimlər, o cümlədən sosial yönümlü aksiyalar reallaşdırılacaq. 

Müvafiq regionlarda yaşayan gənclər üçün peşəkar təlimçilər tərəfindən könüllülük fəaliyyətinin prinsinpləri və əhəmiyyəti,  sosial həyatda rolu, mövcud imkanlar, fərdi inkişaf, ictimai ünsiyyət və davranış qaydaları və s. mövzularda interaktiv təlimlər, mühazirələr təşkil olunacaq.  

Ümumilikdə 2000-dən çox gəncin və müxtəlif yaş qruplarına aid olan 3000-dən çox vətəndaşın layihəyə cəlb olunması nəzərdə tutulur.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment