1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Azercell-in mobil klinikalarında 10 000-dən çox insan müayinə edilib
10.10.2019

Bakı, FinanceTime. Hər il oktyabr ayının ikinci cümə axşamı “Ümumdünya Görmə Günü” kimi qeyd olunur. Bu günün təqvimdə xüsusi yer almasında məqsəd görmə zəifliyi və gözdən əlilliklə bağlı bir çox vacib məsələlərə ictimaiyyətin diqqətini cəlb etməkdir. “Azercell Telekom” MMC öz fəaliyyətində sosial layihələrə xüsusi yer ayıran, hər zaman maraqlı təşəbbüslərlə çıxış edən bir şirkət kimi tanınır. Azercell tərəfindən 2011-ci il, iyun ayının 1-də, “Uşaqların Beynəlxalq Müdafiəsi Günü”ndə yaradılan “Mobil Göz Klinikası” şirkətin sosial əhəmiyyətli layihələri sırasındadır. Klinika valideyn himayəsindən məhrum uşaqlarda göz xəstəliklərinin müayinəsinin təşkilini və profilaktikasının aparılmasını həyata keçirmək məqsədilə fəaliyyətə başlasa da, aztəminatlı ailələrə, yaşlılara, qaçqın və məcburi köçkünlərə də yardım göstərir. Uşaq evlərində stomatoloji kabinetin olmamasını nəzərə alan Azercell, 2009-cu ildə yaratdığı “Mobil Diş Klinikası”nı ən müasir tibbi avadanlıqla təchiz edib. Hər iki klinika fəaliyyətləri boyunca 10 000-dən çox insanı müayinədən keçirib.

Xatırladaq ki, fəaliyyətinin yeni rəqəmsal dövrünə qədəm qoyan və texnoloji aləmin ən son trendlərini abunəçiləri üçün daha da əlçatan edən “Azercell Telekom” MMC cari ilin iyul-avqust ayları ərzində  respublikamızın 30-a yaxın bölgəsində səfərdə olub. Layihəyə qoşulan Azercell-in “Mobil Göz” və “Mobil Diş” klinikaları bu müddət ərzində 350-dən çox insana ödənişsiz tibbi yardım göstərib.

Məlumat üçün bildirək ki, bütün müayinə və müalicə tədbirləri Azercell-in dəstəyi ilə “Xəzər Qayğıkeşlik Layihəsi" İctimai Birliyi tərəfindən həyata keçirilir. 

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment