1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


UNEC-də əmək haqları artırıldı
10.10.2019

UNEC-də 2019/2020-ci tədris ilinin ilk Elmi Şurasının iclası keçirilib.

İclasda UNEC-in İctimai Nəzarət Şurasının üzvləri də iştirak ediblər.

Bakı, FinanceTime.  UNEC-in rektoru, professor Ədalət Muradov yeni tədris ilinin başlanması münasibətilə Şura üzvlərini təbrik edib. Prezident İlham Əliyev tərəfindən ölkədə  aparılan  uğurlu sosial siyasətdən söz açan rektor, bu siyasətin Azərbaycanda prioritet istiqamətlərdən birinə çevrildiyini vurğulayıb. Davamlı olaraq həyata keçirilən sosial siyasətin artıq ənənə halını aldığını diqqətə çatdırıb. Rektor UNEC əməkdaşlarının sosial durumlarının daha da yaxşılaşdırılması məqsədilə sentyabr ayından əmək haqlarının 20%, UNEC-in Zaqatala filialında çalışan əməkdaşların əmək haqlarının isə orta hesabla 30%  artırılması barədə təkliflə çıxış edib. Təklif səsə qoyularaq Elmi Şura üzvləri tərəfindən qəbul edilib. Qeyd olunub ki, bu artımdan sonra UNEC-də professorların orta aylıq əmək haqqı 1882 manat,  dosentlərin 1270, baş müəllimlərin 1086, müəllimlərin əmək haqqı isə 950 manat təşkil edəcək. Bununla da 2014-cü ilin əvvəli ilə müqayisədə, ümumilikdə UNEC-də, eləcə də pedaqoji heyət üzrə əməkhaqqı 1,7 dəfə artmış olacaq. Xüsusilə, qeyd etmək lazımdır ki, göstərilən dövr ərzində professorların əmək haqqı 2,1 dəfə artmışdır.

UNEC Biznes Məktəbinə yüksək ixtisaslı müəllimlərin cəlb edilməsi və onların fəaliyyətinin stimullaşdırılması məqsədilə həmin məktəbdə saathesabı qaydada dərs deyən pedaqoji heyət üzvlərinə ödənilən məbləğin bir saata görə 30 manatadək artırılması təklif olunub. Təklif Elmi Şura üzvləri tərəfindən qəbul edilib.

Elmi Şurada UNEC-də elmi-tədqiqatların keyfiyyətinin artırılması və eləcə də professor-müəllim heyətinin elmi-tədqiqat fəaliyyətinin daha da stimullaşdırılması məqsədilə onlara “Tədqiqatçı” statusunun verilməsi haqqında qərar qəbul edilib.  Bildirilib ki, “Tədqiqatçı” statusu verilən professor-müəllim heyəti üzvünün akademik vəzifələrinin qarşısına “tədqiqatçı” sözü əlavə ediləcək və həmin şəxslərin əmək haqları əlavə olaraq 50% artırılacaq. Beləliklə, “tədqiqatçı professor” statusu alan professorlar Differensial Əmək Haqqı Sisteminə görə ödənişlərlə birlikdə 5000 manatdan yüksək əmək haqqı ala biləcəklər.

UNEC-də yeni tədqiqat mərkəzlərinin yaradılması barədə qərar qəbul edilib. Elmi Şuranın qərarı ilə UNEC-də Kölgə İqtisadiyyatı Tədqiqat Mərkəzi, Səhiyyə İqtisadiyyatı Tədqiqat Mərkəzi, İslam Maliyyə Mərkəzi və Çin İqtisadiyyatı Tədqiqat Mərkəzi yaradılıb.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment