1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Mərkəzi Gömrük Hospitalının Travmatologiya və Ortopediya şöbəsinin rəisi Ramin Rzayev “Həkim Məsləhəti” rubrikasında
09.10.2019

Mərkəzi Gömrük Hospitalının Travmatologiya və Ortopediya şöbəsinin rəisi, t.f.d., travmatoloq-ortoped Ramin Rzayev “Həkim Məsləhəti” rubrikasında artroskopiyaya aid sualları cavablandırır.

1.Menisk zədələnməsi nədir, əməliyyatsız müalicə olunurmu?

Diz oynağında “C” hərfi şəklində fibroz qığırdaqdan ibarət iki menisk mövcuddur – iç (medial) və bayır (lateral). Menisklər qan damarları ilə təchiz olunmamışdır, qidalanması oynağın sinovial qişası tərəfindən ifraz edilən oynaq mayesi hesabınadır. Hərəkət, yürümə, qaçış və idman hərəkətləri zamanı oynağa düşən bədən ağırlığının oynaq sətinə bərabər paylanmasını və zərbənin yumşaldılmasını təmin edərək bir növ amortizator rolunu oynayır, oynaq qığırdağının erkən aşınmasının qarşısını alır. Menisk zədələnmələrinin müalicəsi cərrahidir və bir qayda olaraq artorksopik olaraq  parsial meniskektomiya, total meniskektomiya, menisklərin tikilməsi üsulları ilə icra edilir. Oynaq qığırdağının aşırı dərəcədə (artroz  - III dərəcə) aşınması, kirəcləşməsi hallarında menisk zədələnmələrinin artroksopik yolla müalicəsi müsbət nəticələr vermir. 

2.Diz oynağında ön çarpaz bağın rolu nədir və zədələnmişdirsə bərpa etmək mütləqdirmi?

Diz oynağının daxilində və mərkəzdə bud (femur) və qamış (tibia) sümüklərini birləşdirən çarpaz şəkildə yerləşmiş öndə olan bağ ön çarpaz bağ (ÖÇB-ACL), arxada yerləşmiş bağ arxa çarpaz bağ (AÇB-PCL) adlanır. ÖÇB qalın, yetərincə möhkəm olub diz oynağında burxulmaları, baldırın önə doğru normadan artıq yerdəyişməsini əngəlləyir. Adətən ÖÇB idman travmaları zamanı vucudun bir diz üzərində hərlənməsi nəticəsində zədələnir. Bağın qopmasının təyini kliniki və MRT müayinəsinin aparılması ilə dəyərləndirilir. 

Xəstə diz oynağında tez-tez burxulma, boşalma hissi, gücsüzlük və qeyri-stabillik şikayətləri olarsa ÖÇB əməliyyatı vacibdir.  Xüsusən də idmançılarda və ÖÇB zədələnmiş diz oynağında şikayəti olan gənc pasiyentlərdə bağın bərpası vacibdir. ÖÇB-ın konservativ müalicə üsulları ilə bərpası qeyri-mümkündür. Xəstənin yaşı 45-dən yuxarıdırsa, diz oynağının çəkilmiş rentgen müayinəsində qığırdaq problemi – artroz əlamətləri müşahidə edilirsə ÖÇB-ın bərpası məsləhət görülmür.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment