|
|
|
Fond birjası | | | Azərbaycan Respublikasının Mərkəzi Bankının Qısamüddətli Notları yerləşdirilməsi üzrə hərrac keçirilmişdir |
07.10.2019 | |
| |
Bakı, FinanceTime. 4 oktyabr 2019-cu il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının 50302576S dövlət qeydiyyat nömrəli, 30 mln manat həcmində, 168 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
Hərrac zamanı 9 investor tərəfindən qiymət intervalı 96.9681 AZN (6.70%) və 97.3647 AZN (5.80%) olan 13 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 117,325,000.00 AZN olmuşdur.
Azərbaycan Respublikasının Mərkəzi Bankının qərarına əsasən notların kəsmə qiyməti 97.2145AZN (6.14%), orta ölçülmüş qiyməti 97.2514AZN (6.06%) müəyyən edilmişdir. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 30,000,000.00 AZN təşkil etmişdir.
Notların ödəmə tarixi: 23.03.2020
|
|
|
|