1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Mərkəzi Gömrük Hospitalının cərrahı Vyana şəhərində ESCP 14–cü elmi-praktiki konfransında iştirak edib
01.10.2019

Bakı, FinanceTime. Mərkəzi Gömrük Hospitalının ümumi cərrahı, tibb üzrə fəlsəfə doktoru Aynur Səfiyeva 24-27 sentyabr 2019-cu il tarixlərində Avstriyanın Vyana şəhərində keçirilən Avropa Koloproktoloqlar Dərnəyinin (ESCP) XIV elmi-praktiki konfransında iştirak edib. 24 sentyabr tarixində milli təmsilçilər  dəyirmi masa arxasında keçirilən toplantıda gördükləri işlər haqqında geniş məlumat veriblər, həmçinin, onların arzu və iradları dinlənilib. Sevindirici haldır ki, Azərbaycan təmsilçilərinin hesabatı  məqbul hesab edilərək qəbul edilib.

ESCP 2019 sentyabrın 25-də elmi proqramla tam gücü ilə işə başlamışdır. Konfransda yoğun və düz bağırsağın həm xoş xassəli, həm də bəd xassəli xəstəliklərini  əhatə edən geniş məzmunlu çıxışlar dinlənilib, diskussiyalar aparılıb. Tədbirdə kolorektal xərçəngdə cərrahi əməliyyatlarda olan yeniliklər, hemorroidektomiyada yeni texnika və ya geriyə qayıdış, rektal prolaps, parastomal yırtıqlar, perianal kron, video sessiyalar, satellit simpoziumlar, iltihablı bağırsaq xəstəlikləri  və bu kimi başqa mövzular yer almışdır.

Eyni zamanda kolon və rektal xərçəng xəstəliklərində həm açıq cərrahiyyə, həm laparoskopik, eyni zamanda, robotik əməliyyatların aparılması texnikası ilə bağlı maraqlı müzakirələr öz əksini tapmışdır. Anal fistullarda LİFT, Flap və yeni pluq texnologiyası təqdim edilmişdir. Məruzəçilər iltihablı bağırsaq xəstəliklərində  daha çox mərkəzşləşdirilmiş tibbi xidmət göstərilməsinin əhəmiyyətindən danışıblar.

Toplantıda ESCP-nin yeni prezidenti  prof. Villem Bemelman təqdim edilib, növbəti ildə Litvada keçiriləcək ESCP- 2020 elmi-praktiki konfransın proqramının anonsu verilib. 

Qeyd edək ki, 2005-ci ildə yaradılan Avropa Koloproktoloqlar Dərnəyi Avropada koloproktologiya elminin və təcrübəsinin inkişafına və tərəqqisinə, koloproktologiya sahəsində elmi görüşlərin təşkilinə, milli bölmələrin dəstəklənməsinə və inkişafına yönəldilib.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment