1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Kapital Bank təqaüdçülərin bilik yarışını təşkil etdi
01.10.2019

Bakı, FinanceTime. Kapital Bank 1 oktyabr – Beynəlxalq Ahıllar Günü münasibətilə növbəti sosial layihəni həyata keçiririb. Bu dəfə “Yaşa” Mərkəzinin üzvləri komandalar şəklində intellektual oyunda biliklərini sınayıblar. Məşhur “Nə? Harada? Nə Zaman?” oyunları formatında keçən yarışma 21 sentyabr 2019-cu il tarixində keçirilib.

Yarışmada hər komandada 6 nəfər olmaqla 10 komanda mübarizə aparırdı. “Turan” intellektual klubunun təsisçisi Vüqar Zeynalovun aparıcılığı ilə keçən yarışmada həm məntiq, həm də bilik tələb edən suallar verilirdi. Gərgin keçən mübarizə zamanı “Uğur” komandası birinci yerə, “Çinar” komandası ikinci yerə, “Orxideya” komandası isə üçüncü yerə layiq görüldü.

Mükafatlandırma mərasimində Kapital Bank-ın İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov iştirak edirdi. Birinci yerin qalibinə xüsusi hazırlanan kubok təqdim edildi. Eyni zamanda ilk 3 yerə çıxan komandalara pul mükafatları da verildi. Tədbirdə çıxış edən “Üçüncü Bahar” təşəbbüs qrupunun həmtəsisçisi Nərmin Qəniyeva komanda üzvlərinə fəal iştirak etdiklərinə görə minnətdarlığını bildirdi və gələcək aylarda eyni formatda “Qış oyunları”nın da keçiriləcəyini dedi.

Qeyd edək ki, “Yaşa” Mərkəzi Kapital Bank-ın dəstəyi və “Üçüncü Bahar” təşəbbüs qrupunun təşkilatçılığı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində fəaliyyət göstərir. Mərkəz Dövlət Sosial Müdafiə Fondunun Sabunçu rayon şöbəsində (Bakıxanov qəsəbəsi, Y. Əliyev küç.,1) yerləşir. Mərkəzin hazırda 2000-ə yaxın fəal üzvü var və hər layihə üzrə 70-80 nəfər qoşularaq, tədbirlərdə iştirak edir. Mərkəz barədə ətraflı məlumat almaq üçün 0556801155,  012 425 55 23 nömrələrinə və ya www.teqaudchu.az saytına müraciət etmək olar.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 100 filialı və 13 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

 

 

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment