1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


“Rəqəmsal Hökumət” təşviqat proqramının üçüncü mərhələsi başa çatıb
30.09.2019

Bakı, FinanceTime. 28 sentyabr 2019-cu il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Elektron Hökumətin İnkişafı Mərkəzi, “ASAN Könüllülük” Məktəbinin birgə təşəbüsü və KOICA beynəlxalq əməkdaşlıq təşkilatının dəstəyi ilə reallaşdırılan "Rəqəmsal Hökumət” təşviqat proqramının 3-cü mərhələsinin bağlanış mərasimi keçirilib. Mərasimdə proqram çərçivəsində xüsusi fərqlənən könüllülərə Elektron Hökumətin İnkişafı Mərkəzi və KOICA beynəlxalq əməkdaşlıq təşkilatı tərəfindən təşəkkürnamələr təqdim olunub.
"Rəqəmsal Hökumət” təşviqat proqramı çərçivəsində fəaliyyət göstərən könüllülər iki ay ərzində Bakı şəhərində yerləşən “ASAN xidmət” mərkəzlərində vətəndaşlardan elektron sorğular götürüb və vətəndaşları elektron xidmətlər haqqında məlumatlandırıblar. “Təcili rəqəmsal yardım” devizi altında vətəndaşlara yaxınlaşan könüllülər elektron dövlət xidmətləri, elektron ödənişlər haqqında məlumat verib və xidmətlərdən istifadə ilə bağlı onlara dəstək olublar. Sorğular əsasında vətəndaşlar ölkəmizdə göstərilən elektron xidmətlərin keyfiyyətinə münasibət bildirib, elektron xidmətlərdən istifadə zamanı qarşılaşdıqları çətinlikləri qeyd ediblər.
Mərasimdə KOICA beynəlxalq əməkdaşlıq təşkilatının maliyyə dəstəyi ilə layihəyə təqdim olunmuş planşetlər vasitəsi ilə proqramın fəaliyyətinin daha effektiv həyata keçirildiyi və Dövlət Agentliyi ilə KOICA beynəlxalq əməkdaşlıq təşkilatı arasında uğurlu əməkdaşlıq xüsusi qeyd olunub.

Sonda xatirə şəkli çəkdirilib, könüllülərə gələcək fəaliyyətlərində uğurlar arzulanıb


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment