1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Azərbaycan Beynəlxalq Bankının Mərdəkan şöbəsi yeniləndi
30.09.2019

Bakı, FinanceTime. Azərbaycan Beynəlxalq Bankının filial və şöbələrinin yenilənməsi, müştərilərə xidmətin müasir bankçılıq standartlarına uyğun qurulması prosesi davam etdirilir. Bu istiqamətdə həyata keçirilən tədbirlərin davamı olaraq bankın Mərdəkan şöbəsinin binası da əsaslı təmir və yenidənqurmadan sonra müştərilərin istifadəsinə verilib.

Azərbaycan Beynəlxalq Bankının Mərdəkan şöbəsi Mərdəkan qəsəbəsi, Almaz İldırım küçəsi - 8A ünvanında xidmət göstərir. Bankın vahid korporativ üslubuna uyğunlaşdırılaraq müasir bankçılıq texnologiyaları ilə təchiz olunmuş şöbə binasında müştərilərə yüksək səviyyədə xidmət üçün hər cür şərait yaradılıb.


Fərdi və korporativ müştərilər Azərbaycan Beynəlxalq Bankının Mərdəkan şöbəsində kassa-hesablaşma əməliyyatları, pul köçürmələri, əmanətlər, plastik kartların sifarişi, kommunal ödənişlər, nağd valyuta ilə əməliyyatlar və s. də daxil olmaqla, bir çox bank məhsul və xidmətlərindən faydalana bilərlər.


Azərbaycan Beynəlxalq Bankının Filiallarla iş departamentinin direktoru Emil Qədimov bildirib: “Filial və şöbələrimizin yenilənməsi prosesi davam etdirilir. Yenilənmə tədbirləri bankın bir çox xidmət ofislərini də əhatə edəcək. Məqsədimiz müştərilərimiz üçün ən yüksək xidmət səviyyəsini təmin etmək, onların məmnunluğuna nail olmaqdır”.


Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment