1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Bank VTB (Azərbaycan) kiçik biznesə dəstək məqsədilə sərfəli şərtlərlə kredit təklif edir
30.09.2019

Bakı, FinanceTime. Bank VTB (Azərbaycan) kiçik biznes müştəriləri üçün yenilənmiş “Dövriyyə” kredit məhsulunu təqdim edir. Kredit həm manat, həm rublla verilir. İndi sahibkarlar sərfəli faiz dərəcəsilə - 14%-dən başlayaraq kredit əldə edə bilər. Kreditin maksimal məbləği 500 000 manat (və ya rus rublu ekvivalenti) təşkil edir və 36 ayadək verilir. Bundan başqa, bank müştəriyə əsas borcun ödənilməsi üçün 3 aydan 6 ayadək güzəşt müddəti verə bilər.

 

Kredit dövriyyə vəsaitinin artırılması (əmtəə-material qiymətlilərinin alınması, təchizatçı və podratçılar ilə hesablaşmalar), əməliyyat xərclərinin maliyyələşədirilməsi, eləcə də örtüksüz sənədli əməliyyatlar üzrə hesablaşmalar məqsədilə istifadə oluna bilər.

 

“Bank VTB (Azərbaycan) kiçik və orta biznes üçün məhsul xəttinin genişləndirilməsi üzərində daim çalışır. Bu, bizim fəaliyyətimizin prioritet istiqamətlərindən biridir. Bankın müştərilərinin bir hissəsinin dövriyyəsi rubldadır və onlara bu valyutada kredit almaq daha sərfəlidir. Məhz buna görə VTB sahibkarlara və şirkətlərə həm manat, həm rus rublu ilə sərfəli şərtlərlə müxtəlif növ kreditlər təklif edir”- deyə, bank VTB (Azərbaycan)-ın İdarə heyətinin üzvü, korporativ biznesin inkişafı departamentinin direktoru Yasin Cəlilov bildirib.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment