1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Turizm Günü çərçivəsində yeni maarifləndirici sayt istifadəyə verilib
27.09.2019

Bakı, FinanceTime. Azərbaycan Turizm Bürosu 27 sentyabr - Ümumdünya Turizm Günü ilə əlaqədar hazırlanmış yeni saytını istifadəyə verib.

Azərbaycanda turistlərin daha rahat istirahəti və səyahəti üçün müvafiq davranış qaydalarını əhatə edən 
http://turizmeqosul.az saytı sosial mediada rəqəmsal bannerlər vasitəsilə təbliğ olunacaq.

Sosial media istifadəçiləri rəqəmsal bannerlər vasitəsilə sayta keçid edəcək və burada nümayiş olunacaq beş mühüm davranış qaydası ilə tanış olacaqlar. 

Bu qaydalar sırasında gülümsəmək, ehtiyac yarandıqda yardım etmək, ətrafı zibilləməmək, müxtəlif mədəniyyətlərə tolerant olmaq və milli, cinsi və digər göstəricilərindən asılı olmayaraq hər kəsə hörmətlə yanaşmaq kimi mühüm qaydalar illustrasiyalar şəklində çatdırılacaq.

Layihənin məqsədi yerli insanların turistlərlə münasibətlərinin müxtəlif istiqamətlər üzrə təkmilləşdirilməsi, bununla da turistlərin ölkəmizdən məmnunolma səviyyəsinin daha da artırılmasına nail olmaqdır.

Layihə BMT-nin Ümumdünya Turizm Təşkilatının 2019-cu il üçün seçdiyi “Turizm və işlər: hər kəs üçün parlaq gələcək” mövzusu əsas götürülərək ərsəyə gətirilib.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment