1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


AtaBank ilə ticarətinizi onlayn etmək zamanıdır
27.09.2019

Bakı, FinanceTime. Elektron bizneslə məşğul olmaq və fəaliyyətini müasir dövrə uyğunlaşdırmaq istəyən sahibkarlara “AtaBank” ASC yeni e-commerce xidmətini təqdim edir. Elektron kommersiya xidməti vasitəsi ilə müştəri dünyanın istənilən nöqtəsindən asanlıqla internet səhifəyə daxil olaraq almaq istədiyi məhsulu sifariş verir və ödənişini çox rahat və təhlükəsiz şəkildə onlayn rejimdə həyata keçirir.

Onlayn ticarət sahibləri e-commerce xidmətinə qoşularaq internet mağazada və ya mobil əlavədə nağdsız ödənişləri rahat qəbul edə biləcəklər. Bir sözlə bu xidmət onlar üçün virtual POS-terminal rolunu oynayacaq.

Həmçinin bankın Biznesin İnkişafı departamentinin direktoru Oruc İbrahimov vurğuladı ki, dünyada rəqəmsallaşma tendensiyasının artdığı dövrdə ticarətin ənənəvi üsullardan əlavə informasiya texnologiyaları üzərindən də qurulması sahibkarlar üçün yeni müştərilər cəlb edir və AtaBank bu istiqamətdə dəstək göstərməyə daim hazırdı.

Pulsuz qoşulma, sərfəli əməliyyat faizləri, pulsuz AtaNet xidməti, yeni müştərilərin cəlb edilməsi kimi üstünlüklər verən e-commerce xidməti haqda daha ətraflı öyrənmək istəyən şəxslər 136 qaynar xəttinə zəng vura və ya bankın internet səhifəsini ziyarət edə bilərlər - https://atabank.com/az/

25 ildən artıq fəaliyyət göstərən “AtaBank” ASC müasir və universal Azərbaycan bankıdır. Bank Bakıda və ölkənin müxtəlif regionlarında korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment