1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Mərkəzi Gömrük Hospitalın bariatrik cərrahı Dr.Mojtaba Haşemzadeh piylənmə və artıq çəkidən əziyyət çəkənlərə unikal şans verir
27.09.2019

Bakı, FinanceTime. Hazırda tibbin ən aktual problemlərindən biri piylənmə və artıq çəki ilə mübarizədir. Bu problemlə  üzləşən insanların sayının artması bütün dünyada müşahidə olunur. İnsanlar artıq çəki aldıqca, onların müxtəlif xəstəliklərə tutulması riski də artır. Bu səbəbdən də, piylənməni və artıq çəkini artıq ciddi xəstəlik kimi qəbul edib, onu hər cür yolla, o cümlədən, cərrahi müdaxilə yolu ilə müalicə etmək önəmlidir.

Ətrafımızda çoxlu insanlar var ki, tez-tez müxtəlif diyetalara əl atır, ac qalırlar, amma bu xəstəlikdən qurtula bilmirlər. Artıq çəki və piylənmə  sağlamlıq üçün ciddi problemdir və insanların orqanizmində müxtəlif xəstəliklərin yaranmasına səbəb olur. Bu, onkoloji xəstəliklərlə yanaşı, şəkərli diabet, bağırsaq, ürək-damar sistemi problemləri və eləcə də, psixi pozğunluqlara aparan bir yoldur. Piylənmə qaraciyər çatışmazlığına, arterial təzyiqin artmasına, şəkərli diabetə, miokard infarktına, sonsuzluğa səbəb ola bilər. Orqanizmin müxtəlif nahiyələrində yığılan piylər insana öz mənfi təsirini göstərir. Ona görə bu  xəstəlik  mütləq müalicə olunmalıdır. 

Piylənmə və artıq çəkidən əziyyət çəkən insanların ömrünün uzadılması və sağlamlıqlarının qorunması üçün bariatrik cərrahiyyə real şansdır. Buna görə də Mərkəzi Gömrük Hospitalında bariatrik cərrahiyyə prioritet inkişaf istiqamətlərindən biridir. Hospitalın bariatrik cərrahı, tibb elmləri üzrə fəlsəfə doktoru Dr.Mojtaba Haşımzadeh 23 ilə yaxındır ki, bariatrik cərrahiyyə ilə məşğuldur. O, İranda işləyərkən 8000-ə yaxın uğurlu əməliyyat həyata keçirmiş, artıq 4 ilə yaxındır ki, fəaliyyətini Bakıda, Mərkəzi Gömrük Hospitalında davam etdirir.

Mərkəzi Gömrük Hospitalında piylənmə əməliyyatının yeni metodlarını həyata keçirib və indi 10 dəqiqəlik endoskopiya yolu ilə mədə balonu əməliyyatını icra  edir. Endoskopiya yolu ilə mədə balonu əməliyyatını üsulu ilə pasiyent  9 aydan sonra 15 kiloqrama qədər çəki ata bilər. Bu müalicə üsulu həm arıqlamaq istəyən pasiyentlər, həm də şəkərli diabetin mualicəsində istifadə olunan sleeve SASI tətbiqidir. Sleeve SASI üsulu piylənmə üçün digər cərrahi üsullar arasında ən az ağırlaşma ilə nəticələnən metoddur.

Slalom əməliyyatı keçirən xəstələrin xəstəxanaya qəbul edilmə müddəti yalnız bir gecə olur və bir həftədən sonra onlar normal həyata qayıdırlar. Şəkillərdə gördüyünüz bu xanımlardan biri elektrik mühəndisi 24 yaşlı Fəribə Əsədi və digəri isə 39 yaşlı evdar qadın Firozədir. Əməliyyatdan əvvəl Fəribə Əsədinin çəkisi 115 kq, əməliyyatdan sonra 68 kq-a düşüb və bu çəkini 4 il ərzində saxlayıb. Bu əməliyyatdan sonra yenidən çəki alma halları istisnadır. Firozə xanımın Çəkisi 109 kq-dan 61-ə düşüb. 2 ildir ki əməliyyat olunub və sabit çəki əldə edib.

Dr. Mojtaba Haşemzadeh ilə əlaqə saxlamaq üçün Hospitalın Çağrı Mərkəzinə (012) 404 08 08 nömrəsinə zəng vura bilərsiniz.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment