1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Transplantoloqun köməyi ilə keçmiş pasiyent universitet tələbəsi oldu
26.09.2019

Bakı, FinanceTime.  Bu günlər Mərkəzi Gömrük Hospitalının yüksəkixtisaslı uzman cərrah-transplantoloqu, tibb üzrə fəlsəfə doktoru, Azərbaycanda ilk dəfə qaraciyər transplantasiya əməliyyatını icra edən Mircəlal Kazıminin yanına çox əziz bir adam – vaxtı ilə pasiyenti olmuş bir gənc - 2017-ci il yanvar ayının 18-də böyrək köçürülmüş Müseyib Əlizadə qonaq gəlib. O, bu il qəbul imtahanlarını müvəffəqiyyətlə verərək, arzusunda olduğu Bakı Dövlət Universitetinin biologiya fakültəsinə qəbul olunub və bu sevinci 3 il əvvəl ona sağlamlıq bəxş etmiş sevimli həkimi ilə bölüşmək üçün gəlib...

Dr. Mircəlal Kazımi qeyd edib: “Müseyib xəstəxanaya daxil olanda 14 yaşı var idi. O, 6 ay idi ki, hemodializ alırdı. Böyrək çatışmazlığından əziyyət çəkən Müseyibin vəziyyəti ürəkaçan deyildi: həmyaşıdları ilə ünsiyyətdə ola bilmir, dərslərinə davam etmirdi. Yeganə çıxış yolu, yəni onun həyatda qalma şansı böyrək transplantasiyası əməliyyatı idi. Atası öz böyrəyini ona verdi və biz orqan transplantasiyası əməliyyatını uğurla həyata keçirdik. Hazırda Müseyib tələbə adını qazanıb və bu xəbər bizim komandamızı çox sevindirir. Bu münasibətlə biz onu təbrik edir, dərslərində müvəffəqiyyətlər və ən əsası - möhkəm can sağlığı arzu edirik.

3 il əvvəl böyrək çatışmazlığından əziyyət çəkən və əməliyyat olunan Müseyib Əlizadənin tələbə adı qazanması bir daha onu təsdiqləyir ki, böyrək transplantasiyası əməliyyatı insan həyatını xilas edən əməliyyatdır, onun yaşaması üçün bir şansdır. Bu əməliyyatdan sonra pasiyentlər normal həyata qayıdır və cəmiyyət üçün faydalı bir fərdə çevrilirlər”.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment