1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Kapital bank “ağıllı” kassaları istifadəyə verdi!
26.09.2019

Bakı, FinanceTime. Kapital Bank korporativ müştərilər üçün smart kassa cihazlarını istifadəyə verdi. Cihazlar ənənəvi analoqlarından bir sıra üstünlükləri ilə seçilir. Belə ki, smart kassalar Android əməliyyat sistemi əsasında fəaliyyət göstərməklə yanaşı özündə POS terminal, kassa aparatı, uçot sistemi və hətta printer funksiyalarını birləşdirir. İstifadədə kifayət qədər sadə olmaqla touch screen, duos şəbəkə (WiFi və GPRS) ilə təchiz olunub, kamera, bluetooth və yaddaş kartına malikdir.

Smart kassalar, NFC tipli ötürücü ilə təmin olunub və mobil ödənişlər üçün əlverişlidir. Yəni rahatlıqla kart istifadə etmədən mobil telefon vasitəsilə bütün ödənişlər icra oluna bilər. Daha spesifik olsaq yeni nəsil “ağıllı” kassalar – POS terminal xidməti, kassa aparatı, NFC (təmassız), QR, taksitlə (aylara bölünərək ödəmə) ödənişlərin qəbulu, Cash-back və millərin dərhal hesablanması, BirBank ürəklər və ya analoji digər loyallıq sistemləri üzrə əməliyyatların aparılması, anbarda olan qalıq məhsullara nəzarət, Bar kodun oxunması, müştəri imzasının touch screen ekranda qoyulması və sair digər funksiyalara malikdir.

Kapital Bank tərəfdən təklif olunan bu cihazların daha bir əhəmiyyətli üstünlüyü isə onun bankın Müştəri Bank sisteminə qoşularaq məsafədən idarə olunması və cihazı onlayn rejimdə izləmə imkanıdır. Həmçinin, Bank sahibkarın istəyinə uyğun funksionalı məsafədən cihaza yükləyə bilər.

Yuxarıda qeyd edilənlərlə yanaşı müştərilərimiz üçün növbəti mərhələdə əhəmiyyətli yeniliklərdən biri, bu cihazların Vergilər Nazirliyinin informasiya sisteminə qoşulmasıdır. Gələcəkdə, Vergilər Nazirliyinin sistemi üzərindən nağdsız ödənişlərə görə qaytarılacaq 15%, nağd ödənişlərə görə isə 10% cash back məbləğini real rejimdə əldə etmək imkanı yaradılacaq. Kassa aparatı və sözügedən sistem arasında məlumat mübadiləsi onlayn rejimdə həyata keçirilərək məhsulun QR (sürətli məlumat) kodu çap olunacaq. Bu kod əsasında isə müştəri cashback məbləğini əldə edə biləcəkdir.

Smart kassa aparatlarını əldə etmək istəyən sahibkarlar isitənilən Kapital Bank filialına müraciət etməli və fəaliyyətləri barədə müvafiq məlumatları təqdim etməlidirlər. Terminallar bankın kiçik və orta sahibkarlar üçün təklif etdiyi müxtəlif  xidmət və məhsul “paketlər”inə qoşulmuş, həmçinin bankın müştərisi olmasa belə müəyyən ticarət dövriyyəsinə sahib müştərilər və taksit layihəsi üzrə müəyyən tələblərə cavab verən partnyorlara tam pulsuz təklif olunur. Daha ətraflı məlumat üçün filiallarla yanaşı, 196 – Məlumat Mərkəzinə, www.kapitalbank.az və ya www.birkart.az saytına, (+99450) 255-01-96 qaynar xəttinə və ya müştəri menecerlərinə müraciət etmək kifayətdir.

 

 

 

 

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment