1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Dünya Bankı Qrupu Azərbaycanda kiçik sahibkarlıq subyektlərinə maliyyə vəsaitinə daha asan çıxışın təmin edilməsində yardım göstərir
26.09.2019

Dünya Bankı Qrupu, Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) məsləhət fəaliyyəti çərçivəsində Azərbaycanın maliyyə infrastrukturunun təkmilləşdirilməsi və nisbətən kiçik sahibkarlıq subyektlərinin kredit vəsaitinə daha asan çıxış əldə etmələrinə şərait yaratmaq məqsədilə ölkənin tənzimləmə sahəsində sistem əhəmiyyətli bir sıra islahatların həyata keçirilməsinə yardım etmişdir.

Bu gün IFC, İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi (SECO) ilə tərəfdaşlıq çərçivəsində son on il ərzində həyata keçirilmiş “Azərbaycan və Orta Asiyada maliyyə infrastrukturunun təkmilləşdirilməsi üzrə məsləhət xidmətlərilayihəsinin nəticələrini təqdim etmişdir. IFC-nin göstərdiyi məsləhət, bir çox hallarda daşınmaz əmlak kimi aktivləri olmayan nisbətən kiçik sahibkarlıq subyektlərinə daşınar əmlaklarından (o cümlədən, dövriyyədə olan mallar, debitor borclar və avadanlıqdan) girov kimi istifadə etmək imkanını verənDaşınar əmlakın yüklülüyü haqqındaQanunun hazırlanmasına yardım etmişdir.

Bu islahat nəticəsində 2018-ci ilin mart ayında daşınar əmlakın yüklülüyünün tam elektron dövlət reyestri yaradılmışdır. Maliyyə sektorunda nəzarət qurumu olan Maliyyə Bazarlarına Nəzarət Palatasına (MBNP) əsasən, Azərbaycanda kredit verən təşkilatlar, nisbətən kiçik sahibkarlıq subyektlərinin kredit vəsaitinə daha asan çıxış əldə etmələrinə şərait yaratmaqla həmin sahibkarlıq subyektləri daxil olmaqla 32,000 borcludan kredit almaq üçün verilmiş müraciətlərə dair reyestrə bildiriş göndərmişdirlər.

Kiçik sahibkarlıq subyektləri Azərbaycan iqtsadiyyatının onurğa sütunudur. Həyata keçirdiyimiz islahatlar sonda iqtisadi artıma rəvac verməklə minlərlə kiçik sahibkarlıq subyektlərinin potensialının aşkar edilməsinə yardım göstərəcəkdeyə MBNP İdarə Heyətinin sədri vəzifəsini icra edən İbrahim Alışov bildirmişdir.

IFC-nin yardımı ilə Azərbaycanda kredit hesabatlılığı sistemini qabaqcıl təcrübələrə uyğunlaşdırmaqla, 2018-ci ildə ilk özəl kredit bürosunun yaradılmasına imkan verənKredit büroları haqqındamüasir qanun da qəbul edilmişdir. Bu, maliyyə təşkilatlarının risklərini azaltmaqla və kredit verilməsini asanlaşdırmaqla kredit məlumatının keyfiyyət və çeşidinin artırılmasını mümkün etmişdir. Fəaliyyətə başladığı andan özəl kredit bürosuna təxminən üç milyon sorğu daxil olmuşdur.

Cənubi Qafqaz üzrə İsveçrə Əməkdaşlıq Təşkilatının (İƏT) regional müdir müavini Simon Heberli bildirmişdir ki, bu layihə, hökumətlər və beynəlxalq təşkilatların öz güclərini birləşdirməsi halında system miqyaslı dəyişikliklərə nail oluna bilinməsini göstərir. Xanım Heberli Azərbaycanı ölkədə aparılan islahatlarla bağlı təbrik etmiş və təkmilləşmiş maliyyə infrastrukturunun ölkənin maliyyə sektorunu daha da sabitləşdirəcəyindən əmin olduğunu demişdir.

“Azərbaycan və Şərqi Avropada banklar nisbtən kiçik sahibkarlıq subyektlərinə kreditin verilməsinin maliyyə baxımından yaxşı əsaslandırılmasını görə bilirlər, lakin bu sahədə potensial tam istifadə edilməyib” deyə Hans Piter Lanks, IFC-nin İqtisadiyyat və Özəl Sektorun İnkişafı üzrə vitse-prezidenti bildirmişdir. “Burada başlıca məsələ, həmin əməliyyatları əminliklə həyata keçirmək üçün banklara şərait yaradacaq maliyyə infrastrukturunu (məsələn kredit bürolarını) yaratmaqdan ibarətdir. Azərbaycanda özəl sektorun inkişafına təkan vermək istiqamətində yardım göstərmək imkanına malik olduğumuzdan məmnunuq”.

Tənzimləmə sahəsində islahatlar Azərbaycana Dünya Bankı Qrupunun 2018-ci ilin oktyabr ayında dərc etdiyi, dünyanın 190 ölkəsində mövcud olan işgüzar mühiti dərindən araşdıran sonuncu Doing Business hesabatı üzrə müvafiq göstəricilərdə əhəmiyyətli irəliləyişə nail olmuş ilk 10 ölkə sırasında yer tutmasına yardım etmişdir. Ayrı-ayrı ölkələr arasında ən çox sayda, səkkiz islahatı Azərbaycan həyata keçirmişdir.

Azərbaycan 1995-ci ildə IFC-ə üzv olmuşdur. O vaxtdan IFC 73 milyon ABŞ dollarını səfərbərlik təşəbbüslərinə xərcləməklə ölkə iqtisadiyyatına toplam 473 milyon ABŞ dolları civarında vəsait qoymuş, maliyyə xidmətləri, infrastruktur və istehsalat daxil olmaqla bir sıra sahələr üzrə 56 layihəni maliyələşdirmişdir. Əlavə olaraq, IFC ticarətin maliyyələşdirilməsi proqramı çərçivəsində ticarətin dəstəklənməsinə təxminən 100 milyon ABŞ dolları, Bakı-Tiflis-Ceyhan boru kəməri üçün isə 250 milyon ABŞ dolları həcmində vəsait təmin etmişdir. IFC həmçinin özəl sektorun inkişafına təkan vermək məqsədini daşıyan bir sıra məsləhət layihələrini həyata keçirmişdir.

Dünya Bankı Qrupu haqqında

Dünya Bankı Qrupu inkişaf etməkdə olan ölkələr üçün dünyada mövcud olan ən böyük maliyyə və bilik mənbələrindən biridir. Qrupa bir-biri ilə sıx əlaqədə olan aşağıdakı beş təsisat daxildir: birlikdə Dünya Bankını təşkil edən Beynəlxalq İnkişaf və Yenidənqurma Bankı (IBRD) və Beynəlxalq İnkişaf Assosiasiyası (IDA); Beynəlxalq Maliyyə Korporasiyası (IFC); İnvestisiyalara Çoxtərəfli Zəmanət Agentliyi (MIGA); İnvestisiya Mübahisələrinin Həlli üzrə Beynəlxalq Mərkəz (ICSID). Bu təsisatların hər biri inkişaf edən ölkələrdə yoxsulluqla mübarizə və əhalinin yaşayış səviyyəsinin artırılması məqsədinə yetişmək istiqamətində bariz mövqedən çıxış edir. Əlavə məlumat üçün www.worldbank.org, www.miga.orgwww.ifc.org saytlarına müraciət edin.

 

SECO haqqında

SECO, iqtisadi siyasətlə əlaqədar bütün əsas məsələr üçün İsveçrənin səlahiyyətli mərkəzidir. SECO çərçivəsində iqtisadi inkişaf naminə əməkdaşlıq tərəfdaş ölkələrdə hər kəs üçün dayanıqlı artım və yoxsulluğun azaldılmasına nail olmaq istiqamətində müvafiq səyləri nəzərdə tutur. SECO-nun fəaliyyəti daha çox sayda və daha yaxşı iş yerləri yaratmaq, ticarət və rəqabət səviyyəsini yüksəltmək, səmərəli təsisatları və xidmətləri dəstəkləmək, iqlim dəyişməsinə davam gətirən iqtisadi sistemlərin inkişafına rəvac vermək məqsədinə qulluq edir. Əlavə məlumat üçün www.seco-cooperation.admin.ch saytına müraciət edin.

 

Bizi aşağıdakı ünvanlardan izləyin:

www.facebook.com/IFCwbg

 

www.twitter.com/IFC_org

 

www.youtube.com/IFCvideocasts

 

www.ifc.org/SocialMediaIndex

www.instagram.comifc_org

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment