1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Azərbaycan Beynəlxalq Bankı ilə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi arasında memorandum imzalandı
25.09.2019

Bakı, FinanceTime. Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində keçirilən “Startap ekosistemi: çağırışlar, perspektivlər və həllər” mövzusunda ekonoton zamanı Azərbaycan Beynəlxalq Bankı ilə Mərkəz arasında Anlaşma Memorandumu imzalanıb.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib ki, belə bir əməkdaşlıq ölkəmizdəki sahibkarlıq subyektlərinin ixrac imkanlarının artırılmasına, bu sahədə innovativ inkişafa, elektron ticarətin genişlənməsinə, maliyyə resurslarına çıxış imkanlarının artmasına kömək göstərəcək: “Azərbaycan bu sahələrdə çox böyük potensiala malikdir. Bu potensialın reallaşdırılmasından ötrü ayrı-ayrı istiqamətlərdə fəaliyyətlərin əlaqələndirilməsi zərurəti var. Azərbaycan Beynəlxalq Bankı ilə çoxşaxəli əməkdaşlığı nəzərdə tutan memorandum da bu məqsədə xidmət edir”.


Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri Abbas İbrahimov isə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin bu gün ölkəmizdə aparılan iqtisadi islahatların monitorinqi, ixracın dəstəklənməsi sahəsində reallaşdırdığı layihələrin bank üçün mühüm əhəmiyyət kəsb etdiyini bildirib: “Mərkəzlə əməkdaşlıq çərçivəsində xüsusən ixracla məşğul olan müştərilərimiz arasında bu sahədə təlim və maarifləndirmə işləri  aparılacaq. Bu əməkdaşlıq bir sıra innovativ bank məhsul və xidmətlərinin yaradılmasına imkan verəcək. Mərkəzlə birgə marketinq tədqiqatlarının aparılmasına, faydalı məlumat mübadiləsinə şərait yaradacaq. Eyni zamanda, fərdi sahibkarlar arasında nağdsız ödənişlərin stimullaşdırılması məqsədilə birgə layihələrin icrasına da kömək göstərəcək”.


İmzalanma mərasimindən sonra maliyyə resurslarının yerli startaplar üçün əlçatanlıq səviyyəsi, bu sahədə mövcud olan problemlər, beynəlxalq bazarlara çıxış, startaplar üçün vergi sistemi, startaplarla investorların görüşü, yerli investorların startaplara investisiya qoyuluşuna təşviqi və s. mövzular ətrafında geniş müzakirələr aparılıb.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment