1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Azərbaycan Beynəlxalq Bankı “SIBOS – 2019” beynəlxalq sərgisində
24.09.2019

Bakı, FinanceTime. Ümumdünya Banklararası Maliyyə Telekommunikasiya Cəmiyyətinin (SWIFT) hər il ənənəvi qaydada  təşkil etdiyi SIBOS sərgi-konfransı bu il 23-26 sentyabr tarixində Londonda keçirilir. Əvvəlki illərdə olduğu kimi Azərbaycan Beynəlxalq Bankı bu il də SIBOS sərgi-konfransına qatılıb. Bankı bu beynəlxalq tədbirdə Baş direktor Fuad İslamov və Mərkəzi xəzinədarlıq departamentinin direktoru Kamran Hüseynov təmsil edir.

SIBOS sərgi-konfransı hər il dünyanın iri bank və maliyyə qurumlarının nümayəndələrini bir araya gətirən, maliyyə sektorundakı innovativ trendlərin izlənməsi, yeni bankçılıq təcrübə və texnologiyaları ilə tanışlıq imkanları yaradan, işgüzar əlaqələrin qurulmasına kömək göstərən mühüm platformadır. Bu ənənəvi tədbirin keçirilməsinə 1978-ci ildən başlanıb.


“SIBOS – 2019” çərçivəsində Azərbaycan Beynəlxalq Bankının nümayəndə heyəti xarici maliyyə qurumlarının təmsilçiləri, o cümlədən bankın uzunmüddətli tərəfdaşları olan JP Morgan, Citibank, Commerzbank, Deutsche Bank, Credit Suisse, Societe Generale, Türkiyə İş Bankası və s. bu kimi maliyyə institutlarının nümayəndələri ilə görüşlər keçirəcəklər. Azərbaycan Beynəlxalq Bankının yeni layihələri, bankda gedən inkişaf prosesləri, strateji hədəfləri barədə məlumat veriləcək və gələcək əməkdaşlıq perspektivləri müzakirə ediləcək.


Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən,
www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment