1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Kapital Bank ənənəvi SIBOS sərgisində iştirak edir
24.09.2019

Bakı, FinanceTime. Kapital Bank 23-26 sentyabr tarixlərində Londonda keçirilən ənənəvi SIBOS – 2019 Beynəlxalq Sərgisində, həmçinin Amerika Beynəlxalq Bankçılıq Assosiasiyasının (BAFT) yığıncağında iştirak edir. Tədbirə Kapital Bank-ın İdarə Heyətinin sədri Rövşən Allahverdiyevin başçılıq etdiyi nümayəndə heyəti qatılıb.

Hər il olduğu kimi bu dəfə də nüfuzlu tədbirdə, dünyanın 200-dən artıq ölkəsinin iri bankları və maliyyə institutlarıdan gələn 10000-dən çox iştirakçı təmsil olunur. Bu il SIBOS konfransında müzakirə olunan mövzular əsasən maliyyə qurumlarının üzləşdiyi məsələlər - dəyişkən rəqabət mənzərəsi, gözlənilməz geosiyasi təzyiqlər, artan tənzimləmə və texnoloji dəyişikliklər və sürətli hərəkət edən informasiya təhlükəsizliyi təhdidləri də daxil olmaqla müxtəlif yeni çağırışlar ətrafında təşkil olunacaq.

“SIBOS 2019 konfransının proqramı mərkəzləşmiş, müasir rəqəmsal texnologiyalar, açıq bankçılıq, qlobal texnoloji trendlər, ödənişlər üçün ISO20022 standartları ilə əlaqəli mövzuları əhatə edir. Qlobal miqyasda maliyyə xidmətləri göstərən iri bankların professional mütəxəssisləri  maliyyə sektorunda gündəmdə olan məsələlər, o cümlədən kiber təhlükəsizlik, ödəniş sistemlərinin və beynəlxalq ticarətin transformasiyası, birbaşa tənzimləmə və tövsiyyələrə əsaslanan tənzimləmə arasında tarazlığın saxlanılması və digər mövzular ətrafında çıxışlar edirlər. Dünyanın müxtəlif ölkələrindən gələn bank nümayəndələri ilə təşkil olunan görüşlərdə biz də, Kapital Bank olaraq icra etdiyimiz layihələrimiz barədə məlumat verdik və müxtəlif əməkdaşlıq imkanlarını müzakirə etdik. Belə bir beynəlxalq əhəmiyyətli tədbirdə iştirak, qlobal maliyyə sahəsində baş verən dəyişikliklərə hazırlıq baxımından, bankımızın müasir texnoloji transformasiyalara daha çevik uyğunlaşmasına və strateji əhəmiyyətli rəqəmsal transformasiya layihəmizin uğurla icrasına töhfələr verəcəkdir.”, - deyə, Kapital Bank-ın İdarə Heyətinin sədri Rövşən Allahverdiyev bildirib.

Qeyd edək ki, SİBOS sərgisi ən böyük qlobal tədbir olaraq, SWIFT tərəfindən maliyyə sektoru üçün təşkil etdiyi illik konfrans, sərgi və əməkdaşlıq tədbiridir. Kapital Bank bu tədbirdə bir sıra beynəlxalq maliyyə institutları və fintech şirkətləri ilə ikitərəfli görüşlərin keçirəcəyini planlaşdırır.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 100 filialı və 13 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment