1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


BMqT Azərbaycan yeni veb saytını istifadəyə verdi
23.09.2019

Bakı, FinanceTime. Beynəlxalq Miqrasiya Təşkilatınin Azərbaycandakı nümayəndəliyi yeni veb saytını (www.iom.az) istifadəyə verdi. Bu yeni veb saytı hazırlamaqda əsas məqsəd ziyarətçilərə xəbərləri və layihələr haqda öyrənməyin daha asan bir yolunu təqdim etmək və onlara öz seçimləri əsasında məlumatları nəzərdən keçirməsinə imkan verməkdir.

Ziyarətçilər nümayəndəliyin tədbirləri, yenilikləri barədə faydalı məlumatları veb-saytın Xəbərlər (NEWS) bölməsində tapa biləcəklər. Layihələr (PROJECTS) bölməsində həyata keçirilməkdə olan layihələr işıqlandırılır və əldə edilən nəticələr açıqlanır.

Saytı ziyarət edənlər nümayəndəliyin yeni nəşrlərilə əlaqədar faydalı məlumatları Nəşrlər (Publications) bölməsində əldə edəcəklər və hətta onların elektron versiyalarını öz məqsədləri üçün istifadə edə bilərlər.

Veb-saytın Karyera (CAREERS) və Tenderlər (TENDERS) bölmələrində ziyarətçilər BMqT Azərbaycan nümayəndəliyinin iş yerləri və elan etdiyi tenderləri haqda elanları tapa biləcəklər.

Saytın müvafiq bölmələrinin tərkibi mütəmadi olaraq faydalı məlumatlar, məqalələr, xəbərlər, elanlar ilə daim yenilənəcək.

Yeni sayt qısa zamanda ziyarətçilər, donorlar və tərəfdaşlar (və maraqlanan hər kəsi) üçün faydalı məlumat mənbəyinə çevriləcək. Yeniliklərlə həmçinin nümayəndəliyin ünvanları saytda yerləşdirilən sosial media səhifələrinə daxil olmaqla da tanış olmaq olar.

Hər hansı bir sual, təklif, rəy və ya şərh üçün, www.iom.az saytındakı Bizimlə əlaqə saxla (CONTACT US) bölməsinə daxil olmaqla əlaqə saxlamaq mümkündür.

Sonda yeni saytın hazırlanmasında vaxtını və enerjisini sər etmiş hər bir kəsə təşəkkür edirik.

 

 

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment