1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


“Qala Sığorta”nın satış coğrafiyası genişlənir - BEYLƏQAN OFİSİ AÇILDI
23.09.2019

Bakı, FinanceTime. Azərbaycan sığorta bazarının lokomotivlərindən sayılan “Qala Sığorta” şirkəti müştərilərin rahatlığını düşünərək onlara göstərilən xidmətin keyfiyyətini daha da artırılması istiqamətində həyata keçirdiyi işləri uğurla davam etdirir.

Şirkət özünün satış strategiyasının tələblərinə uyğun olaraq, Bərdə nümayəndəliyinin tərkibində fəaliyyət göstərəcək, Beyləqan şəhəri, Sərdar İmrəliyev küçəsi 11 ünvanında yerləşən ofisinin rəsmi açılışını qeyd edib.

Şirkətin İctimaiyyətlə Əlaqələr Xidmətindən verilən məlumata görə, ofisin açılmasında məqsəd Beyləqan və digər ətraf rayonun sakinlərinə “Qala Sığorta” ilə yanaşı “Qala Həyat” şirkətinin də məhsullarından yararlanma imkanlarını daha asanlaşdırmaqdır.

“Qala Sığorta” şirkətinin rəsmiləri açılışda çıxış edərək bildiriblər ki, şirkət nümayəndəlik və filial şəbəkələri vasitəsi ilə öz məhsullarını təqdim etməklə vətəndaşların sığortadan yararlanması üçün rahat və əlçatan şərait yaradır. Məhz belə bir fürsətdən istifadə edərək Beyləqan və ona qonşu rayonların əhalisi yeni ofisə yaxınlaşmaqla avtomobillərini, evlərini, hətta öz həyatlarını belə sığortalaya bilərlər.

Bildirilib ki, məqsəd ölkənin bütün regionlarında təmsil olunmaqla vətəndaşlarımıza həyat və qeyri-həyat sığortası məhsulları üzrə keyfiyyətli və operativ xidmətlər göstərməkdir.

Qeyd edək ki, ötən ilin əvvəlindən başlayaraq “Qala Sığota” şirkəti indiyədək Lənkəran, Gəncə, Sumqayıt, Tovuz, Bərdə nümayəndəliklərinin, həmçinin Bakıda “Mərkəz filialı”nın rəsmi açılışlarını edib. Şirkətin daxili strategiyasına uyğun olaraq, ilin sonunadək müxətlif regionlarda daha bir neçə nümayəndəlik və ya ofisin açılması planlaşdırılır.

Qeyd edək ki, açılış mərasimidə şirkətin baş ofisinin işçi qrupu ilə yanaşı digər qonaqlar da iştirak edib.   

Xatırladaq ki, yeganə səhmdarı “AzRe Təkrarsığorta” ASC olan “Qala Sığorta” şirkəti müştərilərinə bir filial və 10 regional nümayəndəlik vasitəsi ilə qanunvericiliklə nəzərdə tutulan qeyri-həyat sığorta sahəsinin 27 növü üzrə, o cümlədən 23 könüllü və 4 icbari sığorta məhsulları üzrə xidmətlər göstərir.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment