1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


“Hərbiyyə - Xəzər” düşərgəsi başa çatıb
20.09.2019

Bakı, FinanceTime.  “Hərbiyyə - Xəzər” düşərgəsinin birinci günündə şəxsi heyətin ilkin mərhələdə artilleriya atışlarına hazırlığı, rabitə vasitələrindən kodlaşdırılmış şəkildə məlumatların ötürülməsi, daxil olmuş məlumatın kodlaşdırılması, açılması, vaxtında ötürülməsi izah olunub.

İştirakçılar simulyator vasitəsi ilə artilleriya atışının, 23-mm-lik “TAYFUN” silahından atışın icra edilməsində də  iştirak ediblər.


Həmçinin dəniz düyünlərinin vurulması formaları, qaydaları, növləri, gəmilərdə qəza anında yanğınla mübarizə zamanı geyim qaydaları barədə məlumat verilib.

Sonda qayıqlarda estafet yarışları keçirilib.

Düşərgənin ikinci günündə isə Sahil Mühafizəsinin Tədris Mərkəzi və Muzeyi ilə tanışlıqdan sonra iştirakçılar silahın sökülüb-yığılması təliminə cəlb olunublar,  müvafiq normativlər götürülüb.

Sonra kəndirin dartılması, burazın dairəyə, xilasedici dairənin təyin olunmuş nöqtəyə atılması, maneə zolağının keçilməsi müsabiqələri keçirilib.

İştirakçıların Dövlət Sərhəd Xidmətinin xüsusi təlim görmüş xidməti itləri ilə tanışlığından sonra layihənin bağlanış mərasimi keçirilib.

Mərasimdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov iştirak edib.

Tədbirdə düşərgə müddətində komandalar arasında keçirilən yarışların nəticələrinə uyğun olaraq mükafatlandırma mərasimi keçirilib.

 Düşərgə “ASAN xidmət”, Dövlət Sərhəd Xidməti və “ASAN Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı ilə reallaşdırılıb.

 “Hərbiyyə - Xəzər” gənc nəslin hərbi vətənpərvərlik hisslərinin gücləndirilməsi istiqamətində təşkil olunmuş sayca 5-ci hərbi vətənpərvərlik düşərgəsidir.

             

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment