1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Kapital Bank dünya nəhəngi ilə memorandum imzaladı
20.09.2019

Bakı, FinanceTime. Kapital Bank İT sahəsi üzrə beynəlxalq şirkət olan IBM ilə əməkdaşlığı əks etdirən anlaşma memorandumu imzalayıb. Bununla bağlı 19 sentyabr 2019-cu il tarixində imzalanma mərasimi keçirildi. İmzalanma mərasimində Kapital Bank-ın İdarə Heyəti sədrinin müavini, Baş İnformasiya İnzibatçısı Nahid Zeynalov və IBM iX şirkətinin Mərkəzi və Şərqi Avropa üzrə rəhbəri Yevgeniy Sokolov iştirak edib.

Kapital Bank bir sıra xidmətlərini müxtəlif texnoloji həllər üzərindən müştərilərinə təqdim edir. Gələcəkdə əksər layihələri həyata keçirmək üçün IBM şirkətini özünə tərəfdaş seçib. IBM şirkəti ilə memorandum çərçivəsində Kapital Bank-ın İT sahəsində çalışan əməkdaşları üçün təlimlər keçiriləcək. Bundan başqa xarici mütəxəssislər tərəfindən həm ölkədə, həm də xaricdə müəyyən workshop-lar təşkil olunacaq.

“Kapital Bank-ın 2018-2021-ci illəri əhatə edən strateji hədəflərinə uyğun olaraq rəqəmsal bankçılığa keçid əsas məqsədimizdir. Rəqəmsal bankçılığa keçid müasir dövrdə olduqca önəmli və vacib addım hesab olunur. Burada bank əməliyyatlarının və bir sıra proseslərin transformasiyası nəzərdə tutulur. Əməkdaşlığın ilkin mərhələsində 2019-cu ilin oktyabr ayında Azərbaycanda ilk dəfə beynəlxalq mütəxəssislərin iştirakı ilə İT forumun keçirilməsi nəzərdə tutulub. Forum zamanı dəvət olunmuş xarici mütəxəssislər öz təcrübələri ilə bölüşəcəklər” – deyə, Kapital Bank-ın İdarə Heyəti sədrinin müavini, Baş İnformasiya İnzibatçısı Nahid Zeynalov bildirib.

Qeyd edək ki, IBM şirkəti 100 ildən artıqdır ki, dünya üzrə proqram təminatının və avadanlıqların istehsalçısı olaraq fəaliyyət göstərir. Bundan başqa şirkət İT-servislərin tətbiqi və konsaltinq xidmətlərini də təqdim edir. Dünya miqyasında lider olan IBM şirkətinin əsas strateji hədəfi, innovasiya və informasiya texnologiyaları sahəsində elmi-təhqiqat işlərinin aparılması və tətbiqidir.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 100 filialı və 13 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

 

 

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment