1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


"Pulu gətir, Polo götür" lotereyasının qalibləri açıqlandı!
17.09.2019

Bakı, FinanceTime. Daim müştərilərini maraqlı və faydalı kampaniyalarla sevindirən AccessBank "Pulu gətir, Polo götür" kampaniyası çərçivəsində keçirilən lotereyanın qaliblərini müəyyənləşdirdi.

Kampaniyamızın əsas məqsədi əmanətçilərə yalnız faiz gəliri deyil, eyni zamanda avtomobil də qazanmaq imkanı vermək idi. Belə ki, iyunun 18-dən avqustun 31-dək AccessBank-a minimum 5000 manat məbləğində əmanət yatıran müştərilər lotereyada iştirak etmək hüququ qazanmışdı. Lotereyanın əsas uduşu Volkswagen Polo avtomobili idi. Bundan başqa, lotereyada iştirak edən 9 nəfər balansında 500 manat olan MasterCard Black Edition ödəniş kartına sahib çıxdı.

AccessBank-ın İdarə Heyəti sədrinin birinci müavini Yevgeniya Qaşikulina: "Kampaniya çərçivəsində AccessBank-da 50 milyon manatdan çox əmanət açılıb. Lotereyada iştirak hüququ qazanan 2000-dən çox müştərimiz ümumilikdə 10000-dək şans əldə etmişdilər. Əsas uduşun sahibi AccessBank ilə 6 ildən çox əməkdaşlıq edən “Binəqədi” filialımızın müştərisi oldu. Biz bütün qalibləri təbrik edirik və onların hər zaman uğur qazanmasını arzulayırıq".
 
Fəaliyyətinin bütün istiqamətlərində şəffaflığı qoruyan AccessBank lotereyanın keçirilməsində də bu prinsipə sadiq qaldı.

Komissiyanın sədri, tanınmış iqtisadçı-ekspert Samir Əliyev: "Lotereya tam şəffaf şəkildə keçirildi və komissiya üzvləri tərəfindən heç bir neqativ hala rast gəlinmədi".












Lotereyanın nəticələri ilə linkə daxil olarq tanış ola bilərsiniz.

Ümumilikdə, əminliklə demək olar ki, AccessBank-a əmanət yatıraraq kampaniyadan yararlanan və puluna dəyər qatan hər kəs qazanclı çıxdı! Siz də pulunuza dəyər qatmaq istəyirsinizsə, AccessBank-a üz tutun!

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment