1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Mərkəzi Gömrük Hospitalının həkimlərinin elmi məqaləsi ABŞ-da nüfuzlu “Transplantation Proceedings” jurnalında dərc olunub
16.09.2019

Bakı, FinanceTime. Mərkəzi Gömrük Hospitalın ümumi cərrahiyyə şöbəsinin rəisi Namiq Novruzov, radioloqu Emin Məmmədov və Azərbaycan Tibb Universitetinin professoru Nuru Bayramovun “Elsevier” nəşriyyat evinə daxil olan nüfuzlu “Transplantation Proceedings” jurnalının 2019-cu ilin sentyabr nömrəsində “Potensial canlı qaraciyər donorlarında qaraciyər parenximasının preoperativ dəyərləndirilməsi” adlı elmi məqaləsi ingilis dilində dərc olunmuşdur.

“Elsevier” dünyanın ən nəhəng nəşriyyat evlərindən biri olaraq  hər il dünyada nəşr olunan bütün jurnalların məqalələrinin dörddə bir hissəsini çap edir. “Elsever” nəşriyyat evi 15 milyondan çox oxucunu əhatə edir. 1880-ci ildə Hollandiyanın Amsterdam şəhərində əsası qoyulan bu nəşriyyatın Böyük Britaniyada, ABŞ-da, Braziliyada və digər ölkələrdə filialları fəaliyyət göstərir.

Məqalədə canlıdan qaraciyər transplantasiyası zamanı potensial donorların seçilməsində radioloji görüntüləmənin rolu barədə məlumat verilir. Kompüter tomoqrafiyası donor qaraciyərinin parenximasında yağ infiltrasiyasının dərəcəsinin qiymətləndirilməsini, qaraciyərin həcminin ölçülməsini, damar anatomiyasının müəyyənləşdirilməsini təmin edir. Azərbaycanlı müəlliflərin qənaətinə görə qaraciyər transplantasiyası üçün donor kimi müayinə olunan hər 10 namizəddən 8-dən multidetektorlu KT nəticələrinə əsasən imtina edilmişdir.  

Məqalə spesifik mövzu olan qaraciyər transplantasiyası və donor seçimi mövzunu əhatə etdiyi üçün məqalənin tam mətnini jurnalın elektron səhifəsindən izləyə biləcəyiniz linki  nəzərinizə çatdırırıq:

https://www.sciencedirect.com/science/article/abs/pii/S0041134519302350


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment