1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


“Kaspersky Lab” azərbaycanlı uşaqların internet maraqlarını araşdırıb
16.09.2019

Bakı, FinanceTime.  “Kaspersky Lab” şirkətinin hesablamalarına görə, bu yay tətilində azərbaycanlı uşaqlar əsasən “YouTube” kanalında videolar, yeni serial və filmlər, eləcə də musiqi və sosial şəbəkələrdə ünsiyyət ilə maraqlanıblar.

İnternetdə keçirdikləri vaxtın çox hissəsini onlar onlayn-mağazaların çeşidlərinin öyrənilməsi və kompüter oyunlarına sərf ediblər. Valideynlərin qorxduqları mövzular, yəni erotika, porno, alkoqol, narkotiklər, zorakılıq və qumar oyunları ilə isə uşaqlar daha az maraqlanıblar.

“Kaspersky Lab” mütəxəssisləri dünya üzrə uşaqların anonim axtarış sorğularını təhlil etdikdən sonra belə bir qənaətə gəliblər ki,  sorğuların 22%-i film və serial axtarışı ilə bağlı olub. Azyaşlılar əksər hallarda “Hörümçək adam” haqqında çəkilmiş yeni filmlə maraqlanıblar. Eləcə də, uşaqların diqqəti “Ələddin” və “Con Uik” haqqında döyüş filminin üçüncü hissəsinə yönəlib.

Seriallara gəlincə isə, bütün dünyada olduğu kimi Azərbaycanda da azyaşlı istifadəçilər ən çox “Netflix”dən "Çox qəribə hadisələr" in yeni mövsümünü axtarıblar. Serialla yanaşı onlar həm də həmyaşıdları olan gənc aktyorlar haqqında da məlumatlarla maraqlanıblar. Uşaqlar arasında populyarlıq baxımından ikinci yerdə “HBO” şirkətinin “Çernobıl” mini-serialı olub. Maraqlıdır ki, bu serialın uğuru fonunda bütün dünyada uşaqlar radiasiya ilə maraqlanmağa başlayıblar – axtarış sorğularına "radioaktiv", "radon" və digər oxşar sözlər əlavə olunmaqla yanaşı, hətta top onluğa da düşüblər.

Yayda uşaqların onlayn mağazalarda axtarış üçün daha çox vaxtları olub. “Kaspersky Lab”ın qlobal statistikasına görə, il ərzində “Elektron ticarət” kateqoriyası axtarış sorğularının orta hesabla 9%-ni təşkil etdiyi halda, yayda bu rəqəm 13%-ə yüksəlib. Alış-veriş üzrə ən populyar sorğular “Amazon”, “eBay” və “AliExpress” ilə bağlı olub. Azyaşlılar geyim və ayaqqabı  brendlərindən isə ən çox “Vans”, “Gucci”, “Zara”, “H&M”, “Off-White” və “Balenciaga” ilə maraqlanıblar. Texniki cihazlardan isə onları “Apple” və “Samsung” məhsulları cəlb edib.

Kompüter oyunlarına gəldikdə isə, statistikaya görə, yayda bu fəaliyyətdə bir qədər azalma müşahidə olunub. Ancaq bu o demək deyil ki, uşaqlar daha az oynamağa başlayıblar, əksinə, axtarış sorğularının məlumatlarından göründüyü kimi, kompüter oyunları filmlər və seriallar qədər axtarılıb - 19%; uşaqlar arasında ən populyar  oyunlar sırasında isə “Minecraft”, “Roblox” və “Fortnite” yer alıb. Bundan başqa, uşaqlar  getdikcə mobil platformalara keçirlər, oyunları smartfonlarda və planşetlərdə oynamağa üstünlük verirlər.

Bu yayın maraqlı tendensiyalardan biri də uşaqların şəbəkədəki gizlilik və anonimlik mövzularına marağının artması olub. Məsələn, axtarış sorğularına “Proxy” və “Tor” kimi sözlər daxil olub. Mütəxəssislər qeyd edirlər ki, ümumiyyətlə, gənc istifadəçilərin bu mövzuya marağı getdikcə artır.

“Uşaqlar dünyada baş verənlərdən məlumatlıdırlar. Bu yayın bir çox məşhur onlayn hadisəsi onların diqqətindən kənarda qalmayıb. Məsələn, “Roblox” oyununun 100 milyon istifadəçisi əsasən uşaqlardır. «TikTok» sosial şəbəkəsinin fəaliyyətə başladığı ilk aylarda əsas istifadəçilər məktəblilər idi, sonralar böyüklər də bu tendensiyaya qoşuldular. Uşaqların maraqlarını öyrənərək biz nəinki onları həyəcanlandıran, həm də bir çox yeni şeylər kəşf edə bilirik. Beləliklə, valideynlər uşaqla onu maraqlandıran mövzuları müzakirə etmək imkanına malik olurlar. Güvənli münasibət və açıq söhbət, uşağın yaxınlarına şəbəkədə tapdığı yalnız həyəcanı deyil, həm də şübhə və narahatlıq doğuran məqamların danışacağına zəmanətdir" - bunu “Kaspersky Lab” şirkətinin  məzmun təhlili üzrə mütəxəssisi Anna Larkina deyib. 

«KasperskySafeKids»  həllini istifadə edərək, uşaqları yersiz məzmun və digər internet təhlükələrdən qorumaq olar.  “Kaspersky Lab”in bu məhsulu bir çox kiber təhdidləri tanıyır və məhdudlaşdırır, yersiz məzmunu filtrləyir  və potensial təhlükəli kənar insanlarla onlayn əlaqələrin qarşısını alır. Bundan əlavə, bu həll yolu ilə valideynlər övladlarının yazışmalarından  və sosial şəbəkələrdəki dost siyahısındakı dəyişikliklərdən xəbərdar ola, həmçinin, real  vaxt rejimində onun yerini öyrənə bilər.

Bu yay uşaqların internet maraqları haqqında daha ətraflı məlumat əldə etmək üçün:  https://securelist.ru/parental-control-report-summer-results/94640/.

 

 

 

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment