1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Azərbaycan Beynəlxalq Bankının yaratdığı ödənişsiz Akademiyaya qəbul başlandı!
09.09.2019

Bakı, FinanceTime. Sentyabrın 9-da Azərbaycan Beynəlxalq Bankı ilə “DAN.IT” təhsil mərkəzi arasında IBA Tech Akademiyasının fəaliyyətinə dair tərəfdaşlıq müqaviləsi imzalanıb. Sənədə Azərbaycan Beynəlxalq Bankı tərəfdən bankın İdarə Heyətinin sədri Abbas İbrahimov, “DAN.IT” mərkəzi tərəfdən isə mərkəzin təsisçilərindən Eddi Prilepski imza atıb. Tədbirdə sentyabrın 9-dan IBA Tech Akademiyasına qəbulun başlandığı elan edilib. 18 yaşı tamamlanmış, proqramçı olmaq istəyən şəxslər qəbul üçün akademiyanın internet səhifəsi üzərindən onlayn ərizə göndərə bilərlər: www.ibatech.az

Belə bir Akademiyanın yaradılmasında məqsəd ölkəmizin əmək bazarındakı ehtiyacları nəzərə alaraq peşəkar IT mütəxəssislərinin hazırlanmasına dəstək olmaqdır. Azərbaycan Beynəlxalq Bankının Korporativ Sosial Məsuliyyət proqramı çərçivəsində Akademiyada təhsil ödənişsiz olacaq.


Müşahidə Şurasında CISCO, WiX, SIGMA və s. bu kimi qurumlar təmsil olunan və IT təhsili sahəsində bir çox qlobal şirkətlərə tərəfdaşlıq köməyi göstərən “DAN.IT” mərkəzi də Azərbaycan Beynəlxalq Bankının ölkəmizin biznes mühitində ilk dəfə olaraq həyata keçirdiyi bu sosial layihənin icrasında yaxından iştirak edəcək.


Akademiyada təşkil olunan intensiv bootcamp proqramlarında iştirak üçün müraciət edənlər arasından 2 istiqamət üzrə 100 tələbə seçiləcək. Namizədlər onlayn ərizə göndərdikdən sonra seçim 4 mərhələ üzrə aparılacaq: qeydiyyat, məntiq testi, texniki test və fərdi müsahibə. Təlimlərsə oktyabrın 10-dan Bakıda keçiriləcək. Təlimləri beynəlxalq təcrübəli mütəxəssislər İsrailin məşhur TELEM metodikası əsasında aparacaqlar. IBA Tech Akademiyasında təhsil tələbələrə ixtisas bilikləri qazandırmaqla yanaşı, onların fərdi inkişafına, özlərini və layihələrini təqdim etmək bacarıqlarını təkmilləşdirmələrinə kömək göstərəcək. Kurs müddətində xüsusi fərqlənən məzunların işlə təminatına da dəstək veriləcək.

Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri Abbas İbrahimov deyib: “Biz belə bir Akademiyanın yaradılacağını bir neçə həftə əvvəl elan etmişdik. Akademiya barədə ilk açıqlamamızın cəmiyyətdə doğurduğu geniş maraq Azərbaycan Beynəlxalq Bankının bu sosial təşəbbüsünün nə qədər böyük ictimai zərurətdən yarandığını göstərir. Bununla bağlı üzərimizə düşən bütün vəzifələri yerinə yetirəcəyik ki, IBA Tech Akademiyasının fəaliyyəti ilə ölkəmizin bu günü və gələcəyi üçün yüksək bir dəyər yarada bilək. Beləliklə, IT sahəsində bilik və bacarıqlar qazanmaq, özünü inkişaf etdirmək, uğurlu karyera qurmaq arzusunda olan bütün gənclərimizin üzünə bu gündən çox geniş bir imkan açılmış olur. Onları bu imkandan faydalanmağa çağırırıq”.


“DAN.IT” mərkəzinin təsisçilərindən
Eddi Prilepski isə bildirib ki, TELEM metodikasının prinsiplərinə görə, IBA Tech Akademiyasına müraciət edən şəxslərin texniki təhsilli şəxslər olması mütləq şərt deyil. “Çünki burada hər kəs sıfırdan başlayaraq öyrədiləcək. Amma burada təhsil almaq istəyən şəxslərin adekvat məntiqi təfəkkürə malik olması, yüksək texnologiyalara maraq göstərməsi, öyrəndiklərini təcrübədə tətbiq etmək marağı çox mühümdür. Bu halda biz onları əsl peşəkarlar kimi yetişdirərək uğurlu karyera qurmalarına kömək göstərə biləcəyik. Əminik ki, Azərbaycan Beynəlxalq Bankı ilə bu birgə işimiz “DAN.IT” təhsil mərkəzinin ən uğurlu tərəfdaşlıq layihələrindən olacaq”.

IBA Tech Akademiyasına qəbul üçün son müraciət tarixi 30 sentyabrdır.

 

 

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment