1 USD 1.7000   1 EUR 1.8799   1 AED 0.4628   1 ARS 0.0300   1 AUD 1.1552   1 BRL 0.4079   1 BYN 0.8312   1 CAD 1.2814   1 CHF 1.7147   100 CLP 0.2374   1 CNY 0.2399   1 CZK 0.0726   1 DKK 0.2518   1 EGP 0.1044   1 GBP 2.1349   1 GEL 0.5718   1 HKD 0.2170   100 IDR 0.0121   1 ILS 0.4836   1 INR 0.0239   100 IRR 0.0040   100 JPY 1.5763   1 KGS 0.0238   100 KRW 0.1428   1 KWD 5.5970   1 KZT 0.0044   100 LBP 0.1122   1 MDL 0.0964   1 MXN 0.0875   1 MYR 0.4066   1 NOK 0.1896   1 NZD 1.0702   1 PLN 0.4327   1 RUB 0.0265   1 SAR 0.4532   1 SDR 2.3309   1 SEK 0.1756   1 SGD 1.2361   1 TJS 0.1754   1 TMT 0.4857   1 TRY 0.2973   1 TWD 0.0549   1 UAH 0.0695   100 UZS 0.0181   1 XAG 30.4195   1 XAU 2557.7859   1 XPD 2783.7329   1 XPT 1602.5135   1 ZAR 0.1152   
           
AMB kursu / Məzənnələr

 

 

Dr. Kamran Beydullayev

«Mərkəzi Gömrük Hospitalı»,
m.r.c.s., ümumi cərrah, transplantoloq
ətraflı məlumat
 
Oruc Ibrahimov

«AtaBank» ASC, Biznesin İnkişafı Departamentinin Direktoru
sual vermək
cavablara baxmaq
 
Dr. Səidə Kərimova

«Mərkəzi Gömrük Hospitalı»,
Fizioterapevt-reabilitoloq
ətraflı məlumat
 
Çimnaz Qasımova

İnsan Resursları sahəsində məsləhətçi, Kouç, Təlimçi
sual vermək
cavablara baxmaq
 















Digər xəbərlər


8 sentyabr Beynəlxalq Fizioterapiya Günüdür
09.09.2019

Bakı, FinanceTime. 8 sentyabr Dünya Fizioterapiya Günü Dünya Fiziki Terapiya Konfederasiyası tərəfindən  1996-cı ildə təsis edilmişdir. Beynəlxalq Fizioterapiya Gününün bütün dünyada qeyd edilməsinin əsas məqsədi sağlamlığın qorunması barədə insanların maarifləndirilməsdir. Mərkəzi Gömrük Hospitalının Fizioterapiya və Tibbi Reabilitasiya  şöbəsində çalışan fizioterapevt-reabilitoloqlar  Səidə Kərimova, Afət Çəndirli və Turanə Dünyamalıyeva  dünyanın bir sıra aparıcı ölkələrində tibbi təhsil almış, müntəzəm olaraq xarici ölkələrdə ixtisasartırma kurslarında iştirak edir və xəstəliklərin müalicəsində qabaqcıl beynəlxalq təcrübəni  istifadə edirlər.

Fizioterapiya və Tibbi Reabilitasiya şöbəsində xəstəliklərin müasir üsullarla müalicəsinə və yüksək səviyyəli tibbi xidmətlərin göstərilməsinə xüsusi diqqət yetirilir. Son vaxtlar Avropada, ABŞ-da, İsrail və digər ölkələrdə skolioz xəstəliyinin müasir Schroth metodu ilə müalicəsi geniş istifadə olunur və Azərbaycanda bu müalicə üsulu ilk dəfə olaraq Mərkəzi Gömrük Hospitalında tətbiq olunur.

 

Hazırda Mərkəzi Gömrük Hospitalında skolioz xəstəliyinin müasir Schroth metodu ilə müalicəsində 3D idman hərəkətlərindən, xüsusi tənəffüs texnikasından istifadə edilərək istənilən yaşda olan pasiyentlərdə skoliozun dərəcəsinin azaldılması, normal duruşun bərpası və yeni metodla müalicəsi həyata keçirilir.

Azhərəkətli həyat tərzinin keçirilməsi və bir yerdə oturub işləmək əzələləri gün ərzində gərginlikdə saxlamağa məcbur edir. Vaxt keçdikcə narahatlıq və kəskin ağrılar baş verir. Fizioterapevtlər bu gərginliyi aradan qaldırmağa və orqanizmi xəstəliklərdən qorumağa qadirdirlər. Buna görə də, hazırda bu peşə sahibləri tibbdə əvəzolunmazdırlar. Onlar insanların düz qamət problemlərini həll etməyə, xəstəliklərin bəzi fəsadlarını aradan qaldırmağa, zədələnmiş və ya gərilmiş əzələləri tədricən bərpa etməyə, baş və oynaq ağrılarının qarşısını almağa kömək edirlər.

Hospitalda fizioterapiya həm ayrıca olaraq, həm də digər müalicə metodları ilə birlikdə tətbiq edilir. Həkim bu müalicə metodunu tətbiq edərkən xəstəyə zərər yetirməmək üçün bu və ya digər fiziki faktorun təsir mexanizmini yaxşı bilir və xəstəliyin ağrıqlıq dərəcəsindən asılı olaraq hər bir xəstəyə fərdi yanaşaraq müalicə təyin edir.

Fizioterapevtin əsas işi idman və digər zədələrin sağaldılması ilə əlaqədardır. Lakin, bu müalicə üsulu əməliyyat, bədbəxt hadisələr və qəzalardan sonra reabilitasiya dövrü, xroniki ağrılar, nevroloji və tənəffüs pozğunluqları kimi vəziyyətlərdə də kömək edir. Bundan əlavə fizioterapiya üsulları ürək-damar, şəkərli diabet və insult kimi bir sıra xəstəliklər və piylənmənin profilaktikası olaraq da tətbiq edilir.

Mərkəzi Gömrük Hospitalının Fizioterapiya və Tibbi Reabilitasiya şöbəsinin həkimləri pasiyenti kompleks müayinə edir,  onun səhhəti haqqında tam və dolğun informasiya əldə etdikdən sonra müalicə sxemi təyin edir. Peşəkar həkimlərin məqsədi pasiyentləri  müalicə edərkən onları yalnız ağrılardan və naraharlıqlardan azad etmək deyil, həmçinin ağrıya səbəb olan amilləri də müəyyən edib aradan qaldırmaqdır.

Hospitalın təcrübəli həkimləri ən mürəkkəb hallarda və ən müxtəlif patologiyaların müalicəsində böyük təcrübə qazanmışlar. Hospitalda ultrasəs, kombinə elektroterapiyası, endopress, elektrostimulyasiya, qısa dalğa, lazer, traksiya, hot pack,cold pack, maqnitoterapiya, balneoterapiya, tibbi masaj, manual terapiya, detoksikasiya, biopunktura, biorezonans, zərbə dalğa terapiyası kimi müalicə üsulları təqdim olunur.
Son 10 il ərzində Mərkəzi Gömrük Hospitalına müraciət edən pasiyentlərə  yüksək ixtissalı mütəxəssislər  tərəfindən 60000-dən artıq fizioterapevtik xidmət
göstərilmişdir.





12.07.2019
Mojtaba Haşemzadeh
Mərkəzi Gömrük Hospitalın yüksək ixtisaslı bariatrik cərrahı, tibb elmləri üzrə fəlsəfə doktoru

18.09.2018
Qoşqar Həsənov
“AtaSığorta” şirkətinin Idarə Heyətinin Sədr Müavini
04.07.2019
Vagif Babayev
AccessBank-ın kiçik və orta sahibkarlıq üzrə icraçı direktoru


20.02.2018
Diana Kazaku
"Advision Finance" şirkətinin Eksperti


26.02.2019
Elçin Həsənov
Bank VTB (Azərbaycan) -ın orta və kiçik müştərilərlə iş idarəsinin Rəisi


10.11.2017
Qoşqar Həsənov
“AtaSığorta” şirkətinin Idarə Heyətinin Sədr Müavini

06.11.2018
Rövşən Allahverdiyev
Kapital Bank-ın İdarə Heyətinin sədri



18.10.2017
Samir Musayev
Bank VTB (Azərbaycan)-ın Korporativ biznesin kreditləşməsi Idarəsinin Rəisi



Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment