1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin nümayəndə heyətinin İtaliyanın Roma şəhərinə işgüzar səfəri davam edir
05.09.2019

Bakı, FinanceTime. Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin nümayəndə heyətinin İtaliyaya işgüzar səfəri çərçivəsində 4 sentyabr 2019-cu il tarixində iki mühüm görüş baş tutub. Günün birinci yarısında San Kamillo Forlanini Hospitalında keçirilmiş görüşdə Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov və Tibbi Xidmət İdarəsinin Elmi Təcrübi və Tədris Mərkəzinin rəisi, ürək-damar cərrahı Rəşad Mahmudov italiyalı həmkarları - San Kamillo Forlanini Hospitalının Tibbi Direktoru Dr Daniela Orazi, Kardiocərrahiyyə şöbəsinin müdiri Prof. Françesko Musumeçi, Mətbuat şöbəsinin mudiri Ms. Maria D'Amiko ilə gələcək əməkdaşlıq haqqında ətraflı danışıqlar aparılıb. Görüş zamanı miniinvaziv kardiocərrahiyyə sahəsində qarşılıqlı əməkdaşlıq və gələcəkdə Mərkəzi Gömrük Hospitalında İnsult Mərkəzinin yaradılması perspektivləri müzakirə olunub. Görüş başa çatdıqda hər iki tərəf tərəfdaşlıq münasibətlərinin qurulmasında marağlı olduqlarını bildiriblər.

Günün ikinci yarısında Kampus Bio-mediko Universitet Xəstəxanasında təşkil olunmuş görüşdə Ürək damar xəstəlikləri kafedrasının müdiri Prof. Germano Skiaskio, Kardiologiya Mərkəzinin Direktoru Dr. Françesko Grigioni, Endokrinoloji və Diabet Mərkəzinin Direktoru Prof. Paolo Pozzilli və xəstəxananın digər əməkdaşları iştirak ediblər. Onlar Tibbi Xidmət İdarəsinin nümayəndə heyəti ilə kardiocərrahi əməliyyat sonrası xəstələr üçün reabilitasiya proqramları, həmçinin, ürək xəstəliklərinin genotipinin özəlliyinin öyrənilməsi sahəsində müştərək tədqiqatların aparılması haqqında fikir mübadiləsi aparıblar. Görüş başa çatdıqda İtaliya tərəfi səsləndirilmiş məsələlər üzrə Mərkəzi Gömrük Hospitalı ilə birgə layihədə iştirakın mümkünlüyünü nəzərdən keçirməyə hazır olduğunu bildirib.

Görüşlərin gedişində İtaliya tərəfinə Azərbaycanda səhiyyənin müasir vəziyyəti, Mərkəzi Gömrük Hospitalında göstərilən yüksək ixtisaslaşdırılmış texnoloji tibbi yardım və icbari tibbi sığortanın tətbiqi şəraitində Hospitalın inkişaf perspektivləri haqqında aktual məlumat təqdim edilib. Hər iki görüş Azərbaycanın İtaliyadakı səfirliyinin fəal dəstəyi ilə baş tutub.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment