1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Bank BTB–nin “Promo” filialı yeni ünvanda
04.09.2019

Bakı, FinanceTime. Bank BTB müştərilərə daha yaxın olmaq və xidmət səviyyəsini yüksəltmək məqsədilə filial şəbəkəsini optimallaşdırır. Qeyd edək ki, yeni korporativ üslubda təmir olunmuş “Promo” filialı Səməd Vurğun küçəsi 174 (Tibb Universiteti ilə üzbəüz) ünvanında fəaliyyətini davam etdirir. 

“Promo” filialı müştərilərə kassa hesablaşma əməliyyatları, kreditlər, əmanətlər, pul köçürmələri, plastik kartların sifarişi, kommunal ödənişlər, nağd valyuta əməliyyatları daxil olmaqla, bütün bank xidmətlərini göstərir. Filialın iş rejimi həftənin 5 günü səhər saat 09:00-dan 18:00-a kimidir.

İdarə Heyətinin Sədr müavini Rüfət Abbasov bildirib ki: “Bank BTB filial şəbəkəsinin genişləndirilməsini və müasirləşdirilməsini sistemli şəkildə həyata keçirir. Müştərilərin bank xidmət və məhsullarına əlçatanlığının təmin olunması üçün xidmət şəbəkələrimizi müasir bankçılığın tələblərinə cavab verən avadanlıqla və vahid korporativ interyer dizayn elementlərilə təmin edirik. Qeyd edək ki, müştərilərin istək və tələbləri zamana uyğun olaraq dəyişir, müasirləşir və inkişaf edir. Bizim məqsədimiz onlar üçün ən yüksək xidmət səviyyəsini təmin etməkdir.”

Məlumat üçün, Bank “BTB” 2010–cu ildə təsis olunub və universal bank olaraq bütün növ bank xidmətlərini göstərir. Hazırda bankın Baş Ofisinin nəzdində fəaliyyət göstərən Müştəri Xidmətləri Departamenti ilə yanaşı 14 filialı, 3 şöbəsi var.

Bank “BTB” ASC–nin təqdim etdiyi bütün məhsul və xidmətlər, filial şəbəkələri və ATM-lərin yerləşməsi və digər ətraflı məlumat üçün bankın (012) 946 nömrəli Məlumat Mərkəzinə zəng edə, www.btb.az saytına və ya Facebook səhifəsinə (www.facebook.com/bankbtb) daxil ola bilərsiniz.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment