1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


BMqT nümayəndələri Ombudsmanın ofisində görüş keçirmişlər
03.09.2019

Bakı, FinanceTime. Sentyabrın 2-də Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Vladimir Qyorqiyev Ombudsmanın ofisində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova ilə görüşmüşdür.

Görüş zamanı Azərbycanda miqrantların hüquqlarının müdafiəsinə dair mövcud vəziyyət, son zamanlarda dünyadakı qlobal miqrant axını baxımından ölkədə genişlənən miqrasiya dinamikası, onun yeni xarakteri və xüsusiyyətləri, müvafiq sahədə mövcud olan qanunvericiliyin təkmilləşdirilməsi, habelə MDB ölkələləri sırasında ilk olaraq qəbul edilmiş Miqrasiya Məcəlləsinin effektiv implementasiyası, readmissiya, repatriasiya, həmçinin sənədsiz miqrantların hüquqlarının müdafiəsi, onların zorakılıq və istismara məruz qalmasının qarşısının alınması məqsədilə innovasiyaların tətbiqinə dair fikir mübadiləsi aparılıb.

Vladimir Qyorqiyev təmsil etdiyi təşkilatın Azərbaycanda məcburi köçkün və miqrantların hüquqlarının təmini sahəsində həyata keçirdikləri layihələr barəsində danışarkən, BMqT-in regionlarda bu kateqoriyadan olan insanların kompakt yaşadığı yerlərdə Kəhriz layihəsi çərçivəsində təmiz su təminatının bərpa edilməsi istiqamətində tədbirlər görüldüyünü, o cümlədən hüquq məsləhətxanalarının dəstəklənməsinə dair layihə çərçivəsində bir sıra mühüm işlər görüldüyünü, xüsusilə repatriasiya olunmuş şəxslərə dəstək göstərildiyini, onlara pulsuz hüquqi yardımın edildiyini vurğulayıb.

Tərəflər görüş zamanı qaldırılmış məsələlər üzrə qarşılıqlı əməkdaşlıqda maraqlı olduqlarını, eyni zamanda səsləndirilən təkliflərin gələcək əməkdaşlıq çərçivəsində nəzərə alına biləcəyini vurğulamışlar.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment