1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Kapital Bank fərqli konsepsiyalı Lökbatan şöbəsini təqdim etdi
03.09.2019

Bakı, FinanceTime. Kapital Bank Kiçik və orta sahibkarlarla işin inkişafı istiqamətində mütəmadi olaraq yeni layihələr həyata keçirir. Məhz sözügedən istiqamətlə həyata keçirilən layihə çərçivəsində yeni şöbə müştərilərə təqdim edildi. Binə Ticarət Mərkəzində yerləşən Lökbatan şöbəsində xüsusi ilə kiçik və orta sahibkarlar eyni zamanda fərdi şəxslər üçün bir çox bank əməliyyatları əlçatan olacaqdır.

Lökbatan şöbəsində Sahibkar müştərilərə hesablaşma-kassa əməliyyatları, əmək haqqı layihələri, əmanətlər, biznes və sahibkar kartları, valyuta mübadiləsi, POS ilə inteqrasiya olunmuş Smart kassaların quraşdırılması kimi xidmətlərlə yanaşı, maliyyə əlçatanlığının asanlaşdırılması məqsədilə bir sıra digər məhsullar təqdim ediləcəkdir.

“Son zamanlar Kapital Bank Kiçik və orta sahibkarlara xüsusi diqqət ayırır və hətta bunun üçün bankda geniş miqyaslı layihəyə start verilmişdir. Layihə çərçivəsində müştərilərə yeni məhsulların təqdim edilməsi, xidmət səviyyəsinin yaxşılaşdırılması, satış kanalları və satış nöqtələrinin artırılması, rəqəmsal transformasiya və bu kimi digər təşəbbüslər yer alır. Lökbatan şöbəsinin açılması da bu Layihənin Satış və xidmət nöqtələrinin artırılması təşəbbüsü çərçivəsində həyata keçirilmişdir. Yeni şöbənin açılışı ilə sahibkarların işləri asanlaşacaq və bank əməliyyatları üçün vaxt itirib, şəhər mərkəzinə gelmələrinə ehtiyac qalmayacaqdır”, - deyə, Kapital Bank-ın Baş Korporativ Satış inzibatçısı Fərid Hidayətzadə bildirib.

Qeyd edək ki, Kapital Bank 2015-ci ildən etibarən filial şəbəkəsinin transformasiyası istiqamətində bir çox filial və şöbələrini müasir tələblərə uyğun təmir edərək vahid korporativ interyer dizayn standartlarını tətbiq edib və bu proses hazırda davam etməkdədir. Lökbatan şöbəsi, Kapital Bankın kiçik və orta sahibkarlar eləcədə korporativ müştərilər üçün xüsusi xidmət bölməsi olan sayca 7-ci, xüsusi satış bölməsi olan isə sayca 5-ci struktur bölməsidir. Bundan əlavə cari il ərzində Bakı və region üzrə 5 filialda əsaslı təmir və yerdəyişmə prosesi həyata keçirilib, 3 yeni struktur bölmə (şöbə və filiallar) istifadəyə verilib. Eyni zamanda transformasiya layihəsinin davam olaraq cari ildə bir sıra şəhər və region filiallarının yeni konsepsiyaya uyğun əsaslı təmir olunması, yeni filial və şöbələrin açılması planlaşdırılır.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 100 filialı və 13 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, Kiçik və orta sahibkarlar üçün nəzərdə tutulan məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün isə saytın “Biznes üçün” bölməsinə, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment